vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
09:17 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2415 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xarici manipulyasiya» təhlükəsi

Rus hakerləri «Almaniya seçkilərini hədələyir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya siyasətçiləri xəbərdarlıq ediblər ki, Rusiya hökuməti üçün fəaliyyət göstərən hakerlər gələn il Almaniya seçkilərini poza bilər.

Kansler Angela Merkelin mühafizəkar Xristian Demokratik İttifaqı (CDU) partiyasının deputatı Volfqanq Bosbaç (Wolfgang Bosbach), Almaniya seçkilərinin «xarici manipulyasiya» təhlükəsində olduğunu deyib.

Xəbərdarlıqlar, Demokratlar Partiyasının həssas sənədlərini sızmaqda ittiham edilən rus hakerlərin ətrafında ABŞ-da yaranmış narahatlıqların ardınca bəyan edilib.

Həmçinin keçən il Almaniya parlamentinə yönəlik haker hücumunun Rusiya tərəfindən həyata keçirildiyi iddia edilir.

Adı çəkilməyən bir Almaniya təhlükəsizlik rəsmisi «Wikileaks» tərəfindən iki həftə əvvəl dərc edilən məxfi sənədlərin bu kiber hücumdan əldə edildiyini deyib.