vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
15:44 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1362 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

FED zəlzələsi

Təkanların episentri zəif valyutalar olacaq

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System – FED) yenidən zəif qorunan milli valyutaları təlaşa salıb. Manat bu siyahıdan kənarda deyil.

Yenidən milli hökumətlərin, biznes dairələrinin, maliyyə analitiklərinin, marketinq tədqiqatçılarının diqqəti FED-in bu il üçün sonuncu sayılan iclasında maliyyə və valyuta bazarlarına təsir edəcək, çoxdan gözlənilən qərarına yönəlib. Bir neçə saatdan sonra başlayacaq iclasda baş tutacaq müzakirələr nəticəsində FED-in uçot dərəcələrinin artırılması ehtimalı yüksəkdir. Belə bir qərarın verilməsi xüsusilə qonşu Türkiyədə lirə, Rusiyada rublun məzənnəsinin ucuzlaşmasını şərtləndirəcək. Azərbaycan manatı həm əsas ticarət tərəfdaşı olan qonşu ölkələr vasitəli, eləcə də birbaşa təsirlərə məruz qalacaq. Avroda və funt sterlinqdə dollara nəzərən gözlənilən ucuzlaşma da bizim valyutaya dolayı təsir edən faktorlardan ola bilər. Manatın üzən məzənnəyə keçidi ilə bağlı müzakirələrin intensivləşdiyi indiki həssas dövrdə FED-in qərarının təsiri ilə baş verənlər onun valyuta bazarında mövqeyini bir az da zəiflədəcək. Beləliklə də mövcud şərtlər çərçivəsində manatı üzən məzənnə rejimində saxlamaq daha da çətinləşir. Amma başqa alternativlər qalmayıb, çünki, islahatların və sərmayələrin gələcəyi manatın gerçək məzənnəsinin formalaşma tezliyindən asıldır.