vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
18:41 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1494 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət başçılarının işçi naharı

İki ölkə rəsmiləri arasındakı müzakirələr süfrə arxasında davam edib

MÖVZU İLƏ ƏLAQƏLİ

«İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir». Bunu İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

B.Netanyahunun fikrincə, iki ölkə arasında sıx əlaqələr təkcə silah ticarəti anlamına gəlməməlidir, bu, həmçinin qarşılıqlı hörmət deməkdir.

«İsrail yəhudi, Azərbaycan isə müsəlman dövlətidir. Burada biz həm müsəlmanların, həm də yəhudilərin birgə çalışmasını, hər iki ölkə üçün yaxşı gələcək vəd edəcəyini görürük», - deyə İsrail hökumət başçısı bildirib.

B.Netanyahu həmçinin iki ölkələri arasında enerji sektoru, kənd təsərrüfatı, təhsil və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənməsini vurğulayıb.

 

***

 

18:11

Dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə birgə işçi naharı olub.

Sonra Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu 1997-ci ilin avqustunda Bakıya səfəri zamanı Baş nazir Benyamin Netanyahunun ulu öndər Heydər Əliyev ilə görüşdüyü Şəfəq iqamətgahına gəldilər.

Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu burada xatirə şəkli çəkdirdilər.

 

***

 

17:03

 İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşün mətbuata açıq hissəsində mehribancasına qəbula görə dövlət başçısına təşəkkür edib.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan prezidenti ilə söhbətində Netanyahu son illər Bakıda gedən dəyişikliklərdən təəcübləndiyini gizlətməyib. «Sizin ölkənizdə hər şey necə də dəyişib! Mən bunu təyyarəmiz Bakıya enəndə gördüm» - Netanyahu deyib.

İsrail baş naziri iki ölkə arasında isti münasibətlərin mövcud olduğunu bildirib. O, israillilərlə azərbaycanlılar arasında xeyirxah münasibətlər haqda danışaraq deyib ki, Azərbaycanda böyük yəhudi icması yaşayır. Habelə minlərlə adam Azərbaycandan İsrailə köçüb.

İlham Əliyev isə deyib ki, Azərbaycanda böyük yəhudi icması yaşayır, onlar cəmiyyətin mühüm tərkib hissəsidir. «Bu, bizim ölkələrimiz arasında münasibətlərin inkişafının əsasını təşkil edir. Bu gün Siz Azərbaycandakı yəhudi icmasının nümayəndələri ilə görüşdünüz»-prezident əlavə edib.

Netanyahu öz növbəsində qeyd edib ki, Azərbaycanla İsrail arasında münasibətlər bütün sferalarda inkişaf edir, xüsusən də yüksək texnologiyalar və energetika sahəsində.