vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
13:06 | 15 dekabr 2016 | Cümə axşamı Məqaləyə 2356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

PKK özünə quyu qazır

Hətta «İrlandiya Ordusu» terror təşkilatı belə bu üsula əl atmayıb

Vərda ÖZƏR, Hürriyyət (Türkiyə)

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu dəhşətli, kütləvi qırğın bizə çox məsələlərdən xəbər verir. «Azad Kürdüstan Şahinləri» (AKŞ), yəni kamikadze terrorçuların hücumuna görə məsuliyyəti öz üzərinə götürən PKK-nın bölməsi bunu niyə məhz indi edib? Həm də niyə məhz bu cür? Nəticələr hansılar olacaq?

Tramp gəlməmişkən

 

Əlbəttə, vaxt seçimi həlledici amildir. Bu baxımdan ən önəmlıi səbəblərdən biri ABŞ-dakı keçid dövrüdür.

Obama administrasiyası xüsusən son iki ildə PKK-nın Suriya şaxəsi Xalq Özünü Müdafiə Dəstələrini (YPG) İŞİD-lə mübarizədə yerüstü qüvvə kimi istifadə edir. Həm də YPG Suriya Demokratik Qüvvələri (SDQ) pərdəsi altında Vaşinqtondan güclü dəstək alır. YPG-i daha PKK-dan ayrıca nəzərdən keçirmək mümkün deyil. Çünki Suriya müharibəsi başlanan dövrdən bəri bu iki təşkilat bir-birilə sıx çulğaşıb. PKK hətta artıq silah əldə etməyə pul sərf etmir. Bu tələbatı YPG ödəyir. Məlumat verilir ki, terakt etməkdən ötrü Türkiyəyə gələn PKK yaraqlılarını Suriyanın şimalındakı YPG düşərgələrində hazırlayırlar. Buna görə də Ankara PKK və YPG-i daha iki müxtəlif terror təşkilatı  kimi müəyyən etmir.

Obama hazırda öz kreslosunu varisi Trampa təhvil verməyə hazırlaşır. Tramp Suriyada hansı siyasəti izləyəcək və yaxud YPG-i dəstəyi davam etdirəcəkmi – hələlik müəmmadır. Görünür, PKK və YPG qanadı son dəfə «öz yetkinliyini sübut etməyə» səy göstərib. Obama hələ getməmiş, Tramp isə gəlməmiş irimiqyaslı terakt həyata keçirir.

 

15 iyuldan sonra

 

Vaxt seçimi baxımından başqa bir mühüm məqam sıradakından ibarətdir: məlum olduğu kimi, 15 iyul dövlət çevrilişi cəhdindən sonra kütləvi təmizlənmə baş verib – xüsusən də orduda. Fikir hökm sürür ki, Milli İstihbarat Təşkilatı (MİT) əvvəlcədən mötəbər kəşfiyyat məlumatları versə də, əksər zabit və generallar PKK hədəflərinin bombalanmasına mane olublar. Bu səbəbdən 15 iyuldan sonra  terrorizmə qarşı mübarizədə MİT, hərbçilər və polis arasında daha effektli əməkdaşlıq meydana çıxıb. Bu isə PKK-ya ağır zərbə vurub. Və təşkilat buna bu şəkildə cavab verir.

Yenə də Suriyada keçirdiyimiz «Fərat qalxanı» əməliyyatı daha bir amildir. Bu əməliyyat xüsusən də son zamanlar YPG-yə şimali Suriyada dəhliz yaratmaqda çox mənada mane olub.

Türkiyə SQ İraqda PKK hədəflərini vurur və bu da nüfuzlu amildir. PKK-nın buradakı döyüş sursatı və düşərgələri ciddi ziyan görüb. Bir sözlə, terrorizmlə mübarizə sərtləşdikcə bu, Türkiyənin daxilində də əks olunur. Bununla bərabər, bu mənzərə göstərir ki, Suriyada YPG problemi həll olunmadan Türkiyədə PKK terrorizminin axırına çıxmaq asan deyil.

Bura Avropa dövlətlərinin qabiliyyətsizliyini əlavə edək. Məlumdur ki, PKK Avropanın bəzi ölkələrində birləşir, dəstək əldə edir. YPG də Avropanın bir sıra paytaxtlarından dəstək alır və bu da Ankaranı narahat edir. Söhbət birinci növbədə Belçika, Fransa və Almaniyadan gedir. Məsələn, Fransa 2015-ci ilin noyabrında Parisdəki teraktlardan sonra diqqətini xeyli dərəcədə İŞİD-lə mübarizəyə cəmləyib və bu bəhanə ilə YPG-yə dəstəyi artırıb. Bu, PKK-ı gücləndirən və mübarizəmizdə bizi tək qoyan daha bir amildir.

 

PKK-nın tarixi səhvi

 

Bununla belə, PKK bu teraktı həyata keçirməklə ən böyük strateji səhvi buraxıb. Artıq dediyimiz kimi, ABŞ yeni dövrə daxil olur. Yeni prezident Trampın YPG-nin dəstəkləyib-dəstəkləməyəcəyi və kürdlərə münasibətdə hansı siyasəti izləyəcəyi haqda məsələ hələlik həll olunmayıb. Amma o, ən azı, YPG-yə nisbətdə Obama administrasiyasından qalmış siyasəti hələ bir müddət davam etdirə bilər. Bu arada PKK kamikadze terrorçuların hücumunu həyata keçirməklə YPG-nin Tramp tərəfdən dəstəklənməsi ehtimalını son dərəcə zəiflədib. Və eyni zamanda ABŞ-la gələcək danışıqlarda bu mövzuda prezident Ərdoğanın mövqeyini gücləndirəcək. Görünür, NATO üzrə müttəfiqimiz ABŞ-ın torpaqlarımızda teraktlar keçirən təşkilata silah verən YPG-i dəstəkləməyi sonralar xeyli çətin olacaq.

PKK-nın başqa bir böyük strateji səhvi bundan ibarətdir ki, kamikadze terrorçuların həmləsini öz taktikasına çevirib. Terrorçu təşkilatların da təsnifatı var. Suisidial (özünü öldürmək-tərc.) teraktlar ən önəmli kriteriyalardan biridir. Bu cür aksiyalar keçirən təşkilatlara ən radikal, ən marginal, rasional düşüncəyə qabil olmayan terrorçu qurum kimi yanaşılır. İRO-nun (İrlandiya Respublika Ordusu - tərc.) Şimali İrlandiyada və ETA-nın (basklar ölkəsi və azadlıq - tərc.) İrlaniyada bu cür üsula heç vaxt əl atmaması əsla təsadüfi deyil.

Beləliklə, PKK kamikadze terrorçuların həmləsini həyata keçirməklə terrorçu təşkilatların şkalasında yerini lap axıra doğru dəyişib. Həm də bu onun Qərbdən aldığı dəstəyi bu və ya digər formada zəiflədəcək. Dinc əhali arasında qurbanlar yaratdığına görə isə ölkə daxilində də tərəfdarları azalacaq. Elə Qərb də bu durumu müdafiə edə bilməz.

 

AKŞ xüsusunda dolaşıqlıq

 

Və sonuncusu. Bəli, AKŞ bu həmləni öz üzərinə götürüb. Lakin KİV-də AKŞ xatırladılanda təəssürat yaranır ki, o, PKK-dan ayrıca bir qurumdur. Çünki çoxları bilmir ki, AKŞ PKK-nın kamikadze terrorçuların hücumunun təşkilinə sorumlu olan bölməsidir. Yeri gəlmişkən, ekspertlərin əksəriyyəti hesab edir ki, PKK AKŞ-i məhz buna görə yaradıb ki, onu suisidial teraktlarla heç vaxt əlaqələndirməsinlər. Bu qayda ilə AKŞ-i həmişə PKK ilə birlikdə qeyd etmək lazımdır. (Strateq.az)