vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
14:40 | 15 dekabr 2016 | Cümə axşamı Məqaləyə 2588 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MTRŞ-dən xəbərdarlıq

«65 analoq TV yayım stansiyası söndürüləcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dekabrın 20-də 10 Radio-televiziya yayım stansiyasında işləyən 65 analoq TV yayım stansiyası söndürüləcək». Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib. (APA)

O bildirib ki, analoq yayımın III mərhələdə dayandırılması nəzərdə tutulan Masallı, Beyləqan, Biləsuvar, Hacıqabul rayonlarında Radio-televiziya yayım stansiyası olmadığından, onlar TV verilişlərini qonşu rayondakı TV stansiyaları vasitəsilə izləyirlər.

İ. Məmmədov qeyd edib ki, bu bölgədəki radio-televiziya yayım stansiyaların çoxu güclü TV stansiyalarıdır. Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-da Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb və rəqəmli TV yayımı həyata keçirilir. Analoq yayımın III mərhələdə – 20 dekabrdan Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur.