vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ƏDƏBİYYAT  
15:16 | 15 dekabr 2016 | Cümə axşamı Məqaləyə 3157 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Simvollaşan şair

İndi hər kəsin öz Ramiz Rövşəni var

Etimad BAŞKEÇİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Son zamanlar üçün «poeziya öldü», «öləcək» əndişəsi ilə nə qədər yazılar yazılıb. Amma saysız-hesabsız poeziya məclislərinə, forumlara, saytlara baş çəkib görürsən ki, yox, poeziyanın «ölümü barədə məlumatlar bir azca şişirdilib».

Düzdür, yüngül oxu, non-fikşn, hipermətn oyunları dünyanı başına götürüb. Təlatümlü dünyayla bu təzahüratın öz ünsiyyət forması, etiketi də formalaşıb. Biri yazır, o biri tərifləyir, o biri yazır, bu biri. Oxucunu durbinlə də görmək olmur. Bu isə o deməkdir ki, poeziyanı buralarda axtarmaq lazım deyil. Çünki poeziya vurhavuru, dirsəkləşməni, itələşməni sevmir - bu, sənin öz-özünlə söhbətindirsə, bunun da öz estetikası var.

Poeziya isə etikanın və gözəlliyin dostudur, amma etiketə düşməndir.

Bu günlərdə «Yuğ» teatrında Ramiz Rövşənlə keçirilən görüşdə fikrimdən keçənlər bunlar idi. İnsanların Ramiz bəyə sevgisini şərtləndirən çox şeylər var…

Ramiz Rövşənin şəxsiyyəti və poeziyası olmadan indiki ictimai həyatı və ədəbiyyatı təsəvvür etmək çətindir. Ümid edirəm ki, gələcəkdə də belə olacaq. Çünki o artıq simvollaşıb, indi hər kəsin öz Ramiz Rövşəni var. Son cümləni sənətkarın estetikasını «bəyənməyənlər» üçün yazdım. Bir vaxtlar, sovetlərin ilk dönəmlərində Puşkini «müasirliyin gəmisindən atmaq» istəyənlər meydana çıxmışdı. Sonra hamı Apollon Qriqoryevin «Puşkin bizim hər şeyimizdir» deyiminin yaratdığı havaya qapıldı. O dərəcədə ki, tədbirlərdən birində çıxışçı şairin dahi öncəgörən olduğunu iddia elədi: sən demə, şair «artıq okyabr gəlib» yazmaqla inqilaba işarə edibmiş…

Əndazə, ölçü-biçi hissi gözəl şeydir.

Ramiz Rövşəni 70 yaşı münasibətilə təbrik edirəm.

Yaxşı ki, varsan, SƏNƏTKAR!