vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SOSİAL  
15:57 | 16 dekabr 2016 | Cümə Məqaləyə 3135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İmkanlı insanlar uşaq böyütmürlər?»

«Milyonlarla pulu olan var ki, xəstələrinə 5 tibb bacısı gəlib xidmət edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Vergilər naziri Fazil Məmmədov Vergilər Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə millət vəkilləri tərəfindən səsləndirilən iradlara cavab verib.

«Qafqazinfo» xəbər verir ki, nazir plenar iclasda qeyd edib ki, millət vəkilləri qanun barəsində danışanda diqqətli olmalıdırlar: «Qanunun maddələri ilə deyil, təqdim olunan paket layihəsinin ruhu və fəlsəfəsi ilə daha yaxından tanış olmaq lazımdır. Azərbaycanda şəffaflığın artırılmasından, uçot sisteminin bərpasından söhbət gedir. Büdcə gəlirlərinin artırılmasından söhbət getmir. Bahalı avtomobillərin vergisinin artırılması sosial bərabərliyə xidmət edir. Bəlkə avtonəqliyyat vasitəsindən ölkəyə az gəlir gələcək, dövlət az gəlir əldə edəcək. Amma sosial bərabərlik olacaq. İstirahət üçün olan yaxtalar əlavə vergiyə cəlb edilməlidir. Digər sosial təbəqə üçün lazım olan məsələlərsə daha çox vergidən azad olma və aşağı vergi üçün nəzərdə tutulub. Hörmətli Fərəc bəy, siz qanunları düzgün şərh etmirsiniz.

Bu günə qədər siz ticarətin dövriyyəsinin nə cür vergiyə cəlb olunduğunu bilirdinizmi? Bu günə qədər dövriyyə vergiyə cəlb olunurdu, ƏDV tətbiq olunurdu. Amma indi o vergidən azad edilir, qanun deyir ki, hansı qiymətə almısansa onu ƏDV-dən çıxırlar, nə qədər gəlir qoymusansa söhbət onun əlavəsindən gedir. Bundan böyük sosial təbəqə, pərakəndə ticarət üçün yaxşı şərait ola bilərmi ? Ola bilməz.

Sosial aşağı təbəqənin 10 manat, 5 manat vergiyə cəlb olunması büdcənin gəlirləri üçün deyil. Respublikada işsizlik səviyyəsinin nə Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən tam dəqiq iqtisadi araşdırılması mümkün deyil. Bu o deməkdir ki, hansısa bir şəxs evdə işləyirsə, digər tərəfdən siz niyə nəzərə almırsınız ki, həmin şəxsi işə götürən də var,- deməli onun sosial vəziyyəti yaxşıdır. Əgər bağ varsa, bağbanı, mühafizəçisi, xidmətçisi var, deməli, bu da onun uçotu olmalıdır və birdəfəlik onu işə götürən patentini alıb verməlidir.

Milyonlarla vəsaiti olan var ki, xəstələrinə 5 tibb bacısı gəlib xidmət edir. Nə üçün bunlar olmamalıdır? Siz hansı təbəqədən danışırsınız? Burada sosial təbəqədən söhbət getmir.

Bəzi malların qiymətini ucuzlaşdırmaq, bəzilərinin vergisini aşağı salmaqdan söhbət edirlər. Məsələn, uşaq yeməkləri var. Axı bunun satıcıları qədər, alıcıları da var. Bəyəm imkanlı insanların övladları yoxdur? Onlar uşaq böyütmürlərmi, uşaq üçün lazım olan qidanı almırlarmı?»