vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜLƏŞ  
11:34 | 18 dekabr 2016 | Bazar Məqaləyə 3076 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan pəhləvanlarını 184 min dollara aldılar

Bürünc medalçımıza 63 min, olimpiya çempionumuza isə 52 min dollar ödənilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Hindistanın paytaxtı Dehlidə Azərbaycan pəhləvanlarının da qatıldığı Pro Wrestling League Peşəkar liqasının ikinci mövsümünün startından əvvəl yarış iştirakçılarının, necə deyərlər, auksion-draft-ı olub.

Virtualaz.org bildirir ki, pəhləvanlar altı komanda arasında bölünüblər. Hər komandanın şərti olaraq 10 milyon rupisi olub. Bu təxminən 148 000 dollara bərabərdir. Komandalar bu məbləğə beş kişidən və dörd qadından ibarət tərkib yığmalı idilər. Doqquz pəhləvandan beşi Hindistandan, dörd nəfəri isə əcnəbi olmalı idi.

Bizim Olimpiya oyunlarının 3 qat mükafatçısı olan Mariya Stadnik (48 kq) 4 700 000 rupiyə (69 000 dollar) «Manqalayatan Dilli Viir Universiteti» komandasına qismət olub.

Rio-2016-nın bürünc mükafatçısı, sərbəst üsulla güləşən pəhləvanımız Cəbrayıl Həsənov (74 kq) onu 63 000 dollara əldə edən «Mumbay» klubunu dəstəkləyəcək.

2012-ci ilin Olimpiya çempionu və Olimpiada-2016-nın gümüş mükafatçısı Togrul Əsgərov (57 kq) isə «Pəncab Royyals»ın tərkibinə daxil edilib. Onun üçün təxminən 52 min dollar ödənilib.

Beləliklə, bizim idmançılarımıza görə ödənilən ümumi məbləğ 184 min dollar olub.

Gürcüstandan olimpiya çempionu Vladimir Xinçeqaşvili Liqanın ən bahalı pəhləvanı olub. Onun üçün 71 000 dollar ödənilib.

Qeyd edək ki, əvvəlcə yarışların dekabrda keçirilməsi nəzərdə tutulmuşdu. Amma sonradan onu 2-19 yanvara keçirdilər. Altı komanda bir-biri ilə dairəvi sistem üzrə görüşəcək. Dörd ən yaxşı komanda yarımfinala çıxacaq.