vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SOSİAL  
21:52 | 22 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1924 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda 122 min yaşayış binası köçürüləcək

BDLİ layihə hazırlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı şəhərində 2035-ci ilədək ümumi yaşayış fondu 97 781 kv.metr, adambaşına yaşayış sahəsi isə 25 kv. m təşkil edəcək. «Report» xəbər verir ki, bu, Bakı Dövlət Layihə İnstitutunun hazırladığı Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planında (Baş Plan) nəzərdə tutulub.

Plana görə, 2035-ci ilədək paytaxtda 121 919 bina köçürülməyə məruz qalacaq. Binaların köçürülməsi səbəbləri sırasında yolların yenidən qurulması, dövlət əhəmiyyətli obyektlərin tikintisi, yaşayış ərazilərinin yenidən qurulması və s. göstərilir.

Bundan başqa, 2035-ci ilədək Bakıda mehmanxanaların tutumunun (nömrə) 60 min, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin 81 ədəd, ali təhsil müəssisələrinin sayının 51 ədəd olacağı proqnozlaşdırılır.


***


Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma Baş Planı çərçivəsində ərazi planlaşdırma sxeminin həyata keçirilməsi üzrə investisiyaların təxmini həcmi 2035-ci ilədək 283,972 milyard manat təşkil edəcək.

Qeyd edək ki, bu gün ictimai müzakirəyə çıxarılan Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planı (Baş Plan) təsdiq edilib və Nazirlər Kabinetinə təqdim olunacaq.