vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9292 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1461 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3157 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
22:00 | 22 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1091 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hamı yapışıb yumurtadan...»

«Mal əti 10 manata qalxıb, heç səsiniz çıxmır»

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

2015-ci ilin 21 fevralından üzübəri üzməyə çalışan manat hələ ki iqtisadiyyatı batırmağı bacarmaqdan başqa heç nəyə xidmət etmir. Bu fonda isə əhali yediyi, içdiyi hər şeyə qənaət etməyə başlayıb. Mütəxəssislərin də dediyi kimi, azərbaycanlılar devalvasiyadan sonra məcburi qaydada ətdən imtina edir. Əhalinin gündəlik qida rasionunda yerli kənd təsərrüfatı, quş əti və quşçuluq məhsullarının payı artmağa başlayıb. Axı heç nəyimiz olmasa da, ən azı yerli yumurtamız var... Amma di gəl ki, bu yumurtanın da əmələ gəlməsi üçün lazımi avadanlıqlar, yem, yem əlavələri xaricdən dollarla alınır. Yəqin bu səbəbdəndir ki, bayramqabağı yumurtaya olan ehtiyacımızın artacağını nəzərə alaraq toyuqlar öz məhsullarını «bahalaşdırıb»: 19-20 qəpik.

Mağazalarda yumurtanın bahalaşdığı fakt olsa da, Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Modern.az-a açıqlamasında israrla dedi ki, heç bir qiymət bahalaşması olmayıb. Amma elə öz dediklərinə zidd olaraq da devalvasiyanı xatırlatdı:

«Hər şey xaricdən alınır, bilmrisinizmi? Heç olmasa başqa sahələrə də baxın. Ölkədə ən ucuz satılan yumurta və quş ətidir. Mal əti 10 manat, qoyun əti 12 manata satılır. Heç birinizin səsi çıxıb nəsə demir. Amma yapışmısınız yumurtadan. Sizin dediyiniz kimi heç yerdə 18-19 qəpiyə yumurta yoxdur».

A.Vəliyev deyib ki, hansısa mağaza, market yumurtanı 18-19 qəpiyə satırsa, buna cavabdeh deyil:

«Bu bizim günahımız deyil. Biz ölçüsündən asılı olaraq yumurtanı 13, 14, 15 qəpiyə satırıq. Mağaza onu 18-20 qəpiyə satırsa, biz neyləməliyik?! Biz dükanlara göstəriş verə bilmərik. Dükanlar da aldığı malın üzərinə faizini qoyub satır. Onlar da dövlətə vergi verir axı.

Bu gizlin deyil, hamımız bilirik ki, devalvasiya olub və bütün sahələrə təsir edib».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *