vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
OLAY  
18:54 | 24 dekabr 2016 | Şənbə Məqaləyə 2404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sökülən otel və ona bitişik obyektlər kimindir?

Söküntü o qədər qəfil olub ki, əşyaları götürməyə imkan verilməyib, qonaqlar özlərini güclə xilas edib

ÜLVİYYƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının Yusif Səfərov küçəsində yerləşən və hal-hazırda buldozerlər tərəfindən dağıdılaraq sökülən «Araz» mehmanxanası Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qayınatasına məxsusdur.

Bunu virtualaz.org-a məlumatı mənbələr bildiriblər.

«Araz» mehmanxanası ilə birlikdə həmin ərazidə fəaliyyət göstərən mərmər sexi daxil olmaqla, bir neçə obyekt də sökülür ki, onların da Şahmar Mövsümovun qayınatasına məxsus olduğu bildirilir.

Virtualaz.org-a o da məlum olub ki, üç hektarlıq həmin ərazidə yeni park salınacaq.

Şahidlərin hadisə yerində olan əməkdaşımıza bildirdiyinə görə, «Araz» otelinin sökülməsi o dərəcədə qəfil olub ki, otelin qonaqları belə buldozerlərin caynağından canlarını güclə qurtara biliblər. Qəfildən  gələn söküntü briqadası içəridəki əşyaların çıxarılmasına belə imkan verməyib. Xətai rayon İcra Hakimiyyətinin söküntü yerində olan əməkdaşları ancaq onu bildiriblər ki, otelin sahibinə obyektin söküləcəyi haqda xəbərdarlıq edilmişdi. Lakin onlar xəbərdarlığa baxmayaraq əşyalarını daşımayıblar. Bununla belə obyektin söküntüsü üçün məhkəmə qərarının olub-olmadığı açıqlanmayıb. Söküntü yerinə DİN-in vəzifəli əməkdaşları da gəlib və onlar jurnalistlərin ərazidən uzaqlaşdırılmasına göstəriş veriblər. Otelin sahiblərindən isə ərazidə heç kim gözə dəymir.

 

***

 

17:16

Virtualaz.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, mehmanxanadakı əşyaların çıxarılmasına imkan verilməyib. İçəridə olan yataq dəstləri, kreslo və divanlar, palaz və xalçalar, qab-qacaq, eləcə də kompüter və telefonlar, bir sözlə, hər şey sökülən daş-divarın altında, toz-torpaq içərisində qalıb.

Bu dəqiqələrdə yoldan keçənlər orada əllərinə keçənləri götürüb aparmaqla məşğuldurlar. Ərazi faktiki polis nəzarəti altında olsa da, onlara mane olan yoxdur.

Ən maraqlısı da odur ki, jurnalistlərə heç bir açıqlama verilmir. Sadəcə onu bildirirlər ki, «tapşırıq belə olub».

Ərazidəki evlərin sakinləri isə bildiriblər ki, söküntü vaxtı borular zədələndiyindən  susuz qalıblar. Onlara başqa su borusu çəkiləcəyi barədə vəd veriblər. Amma bunun nə vaxt olacağı məlum deyil.