vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
DƏB  
02:30 | 22 sentyabr 2013 | Bazar Məqaləyə 6178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ziyafət geyimi necə seçilməli?

Ən uğurlusu dəri rənginə uyğun gələnlərdir

xanim.net

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər bir qadın diqqət çəkmək və gözəl görünmək üçün müxtəlif üsullara əl atır və istəyinə hər hansı bir yolla çatmağa çalışır. Baxımlı görünmək xanımlar üçün həqiqətən də çox önəmlidir. Həmcinslərindən hər zaman fərqlənməyə çalışan xanımlara mütəxəssislər ziyafət geyimi seçimində bəzi məsləhət veriblər.

Ən uğurlu ziyafət geyimi məhz dəri rənginə uyğun seçiləndir.
Gözəl görünüş əldə etmək arzusundasınızsa o zaman dəri rənginizi bilməli və ona uyğun olanı geyinməlisiniz. Dəri rəngi deyiləndə gözlərin və saçın da rəngi bura aiddir. Qara saçlı buğdayı xanımlara demək olar ki, bütün rənglər yaraşır. Onlar ağ və qıpqırmızı rənglərə üz tutsalar bu uğurlu seçim hesab edilə bilər.
Dərisi açıq rəngli olan xanımlar paltar seçimi edərkən saçın rənginə mütləq diqqət yetirməlidirlər. Sarışınlara çəhrayı rəngin bütün tonları yaraşır. Onlar çox açıq rənglərdən qaçmalıdırlar.
Açıq dərisi olan və qırmızı saça sahib olan xanımlar açıq yaşıl, sarının tünd tonları, mərcan və boz tonlarını seçə bilərlər. Buğdayı və sarışınlar çəhrayı və açıq mavi rənglərdən istifadə etsələr bu onlara çox gözəl yaraşar.