vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
14:27 | 27 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2362 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yəhudilər, Fransanı tərk edin»

İsrailin müdafiə nazirindən ilginc çağırış

MÖVZU İLƏ ƏLAQƏLİ

«Yanvarın 15-də Parisdə İsrail-Fələstin problematikasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu proses mənə Dreyfusun məsələsini xatırladır».

İsrailin müdafiə naziri Aviqdor Liberman sədri olduğu «Evimiz İsraildir» («İsrael Beytenu») Partiyasının Knessetdəki (İsrail parlamenti) fraksiyasının toplantısında deyib.

Milli.Az-a partiyanın mətbuat katibi Mixail Feyqinin verdiyi məlumata görə, A.Liberman konfransın məhz yanvarın 15-də keçirilməsinin təsadüfi olmadığını deyib.

«Yanvarın 15-i ABŞ-ın indiki prezidenti Barak Obamanın səlahiyyət müddətinin başa çatmasına 4 gün qaldığı bir müddət olmaqla yanaşı, Fransada isteblişmentin apreldəki seçkilərə hazırlığı ilə bağlı kritik məqamdır. Bu «sülh kornfransı» deyil və heç bir problemi də həll etməyəcək, etmək də istəmir. Bu, İsrail dövlətinə qarşı əsl tribunal olacaq. Başlıca məqsəd İsrailin təhlükəsizliyinə maksimal zərbə vurmaq, yəhudi dövlətini qaralamaqdır. Bizə çatan məlumatlara görə, orada faktiki olaraq çağdaş Dreyfus prosesi hazırlanır. Sadəcə, indi müttəhimlər kürsüsündə bir yəhudi əvəzinə bütün İsrail xalqı olacaq», - Aviqdor Liberman söyləyib.

«Evimiz İsraildir» Partiyasının sədrinin sözlərinə görə, yaşananlar, çox yəqin ki, Fransa hökumətinin reallaşdırdığı ardıcıl siyasətdir: «Fransanın son illərdə beynəlxalq təşkilatlarda - UNESCO-da, İnsan Haqları üzrə Şurada, BMT-nin Təhlükəsizlik Şurasında olan səsvermələrdə tutduğu mövqeyə baxmaq yetər. Tuluzada yəhudi məktəbində və Parisdəki koşer dükanındakı teraktlar, antisemit insidentlər fonunda vəziyyət daha da ağırlaşacaq. Bəlkə də Fransadakı yəhudilərə artıq belə demək zamanı çatıb: bu, sizin torpağınız, sizin dövlətiniz deyil, Fransanı tərk edin və İsrailə gəlin. Məncə, bu, sövdələşməyə ən dürüst cavabdır. Paris konfransını başqa cür adlandıra bilmərəm. Əgər yəhudi qalmaq, övladlarınızı və nəvələrinizi qorumaq istəyirsinizsə - İsrailə köçün».