vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DƏB  
03:16 | 9 iyun 2013 | Bazar Məqaləyə 4118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hündür dabanlar təhlükəlidirmi?

Bu geyimdən yaranan problemlər sonradan müxtəlif xəstəliklərə gətirib çıxarır

xanim.net

MÖVZU İLƏ ƏLAQƏLİ

Daha gözəl və incə görünmək üçün xanımların seçdiyi müxtəlif tipli hündürdabanlı ayaqqabıların, sən demə, zərərləri tərəfləri də var.

Mütəxəssislərin apardıqları araşdırmalar zamanı ortaya çıxıb ki, 8 sm-dən yüksək olan hündürdabanlı ayaqqabılar geyinən xanımın fizioloji duruşu pozulur, beli önə doğru əyilir və müəyyən zaman keçdikdən sonra bu vəziyyət donqarlaşma yaradır.
Hündürdabanlı ayaqqabılardan müntəzəm istifadə edən qadınların bel, omba, diz, ayaq əzələlərində, topuq hissələrində tədricən problemlər yaranır və sonradan müxtəlif xəstəliklərə gətirib çıxarır.
Nəzərə alsaq ki, heç bir xəstəliklər, təhlükələr belə qadınların hündürdaban ayaqqabılara olan ehtirasının söndürə bilməz, o zaman mütəxəssislər müəyyən şərtlər irəli sürüblər. Belə ki, əsas olan odur ki, ayaqqabı seçərkən mütləq ayağınıza oturmasına diqqət yetirin. Həddindən artıq, dikdaban, ucubiz və dar olanlara, ümumiyyətlə yaxın getməyin. Unutmayın ki, ayağın baş barmağı ilə ayaqqabının ucu arasında 1 sm boşluq olmalıdır.
Ayaqqabını alarkən onu geyinin və mütləq rahat olub-olmamasını yoxlamaq üçün bir az addımlayın. Çox möhkəm olan ayaqqabıları sonradan ayağınızda rahat oturacağı üçün almayın. Çalışın ki, seçdiyiniz ayaqqabının dabanı 5 sm-dən yüksək olmasın.
Sağlamlığınızı qorumaq üçün mütləq ayaqlarınıza məşqlər etdirin. Dikdaban ayaqqabını çıxartdıqdan sonra çalışın ki, adi idman ayaqqabısı ilə 30-45 dəqiqə hərəkət edəsiniz. Gündə ən azı 2 litr su için. Bu sadə şərtlərlə hündürdaban ayaqqabılarınızı sağlam şəkildə uzun illər geyə bilərsiniz.