vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
15:28 | 5 yanvar 2017 | Cümə axşamı Məqaləyə 2404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yükdaşımalar artacaq

Şimal-Cənub Nəqliyyat Dəhlizi reallaşmaq üzrədir

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda nəhəng dəmiryol körpüsünün tikintisi iki həftəyə başa çatacaq. İLNA agentliyinin məlumatına görə, bu barədə İranın yol və şəhərin inkişafı nazirinin müavini Kheirollah Khademi məlumat verib.

O, yerli mühəndislər tərəfindən reallaşdırılan layihənin artıq yanvarın 19-da başa çatdırılacağını bildirib.

Manjil şəhərindən keçən «Sefid Rud» çayının üstündəki 1,43 kilometrlik bu körpü, Qəzvin-Rəşt dəmiryol xəttinin bir hissəsidir.

Artıq tamamlanmaq üzrə olan bu xətt, Rəştdən liman şəhəri Astaraya, oradan isə Azərbaycana keçəcək.

Qeyd edək ki, bu hissə beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas tərkib hissəsidir. Bu xətt Azərbaycan, İran və Rusiya vasitəsi ilə Şimali Avropa ilə Cənubi Asiyanı birləşdirəcək.

Yəni İrandan Rusiya və Baltik limanllarına uzanan bu nəqliyyat dəhlizi ümumilikdə Fars körfəzi ilə Hindistanı birləşdirəcək.

Dəqiq desək Hindistanın Mumbay limanı ilə İranın Bandea Abbas limanları, həmçinin Bakı, Astraxan, Moskva, Sankt Peterburq yollarını birləşdirərək Avropa və Skandinaviyaya uzanmalıdır.

Dəhliz istifadəyə verildikdən sonra İranla Azərbaycan arasında yükdaşıma və ikitərəfli ticarət əlaqəsi dramatik şəkildə artacaq.

Belə ki, hazırda İranla Azərbaycan arasındakı 600 min tonluq illik mal dövriyyəsinin, 5 milyon tona qaldırılacağı gözlənilir.

Hazırda İranla Azərbaycan arasında illik ticarət dövriyyəsi 500 milyon dollardır ki, bunun da kəskin artacağı gözlənilir.