vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SƏRGİ  
21:16 | 22 oktyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 3575 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Payız günü”nün sərgisi

Tədbiri Arts Council Azerbaycan keçirir

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabr ayının 29-da, “Art Villa” qalereyasında, “Payız günü” adlı sərgi keçiriləcək. Sərgi, Arts Councıl Azerbaycan təşkilatı tərəfindən təşkil olunub. Burada müxtəlif üslubda və müxtəlif texnikada işlənilmiş rəngkarlıq nümunələri təqdim olunacaq. “Payız günü” adlı sərgi ilin ən gözəl fəsillərindən biri olan “Payız” fəslinə həsr olunub.

Müxtəlif növ kompozisiyalar təqdim olunacaq. Onların sırasında mənzərə, şarj, portret janrında işlənilmiş əsərlərlə rastlaşa bilərik. Hər bir kompozisiya özünəməxsus manerada və açıq səma altında təşkil olunmuş plenar zamanı işlənilib. Onları birləşdirən “Payız” mövzusu hər bir əsərdən gözəllik, incəlik duymağa imkan yaradır. 
Sərgidə Rəhim Həşimov, Gündüz Xanlar, Teymur Qəribov, İntiqam Ağayev, Elşad Xose, Ruslan Kovalyov, Rəşad Mehdiyev, Aydın Əsgərov, Günay Hüseynova, Babək Rüstəmzadənin, Leyla Altunay, Dadaş Məmmədov, Hicran Əlioğlu, Fidan Abdullazadə və başqaları iştirak edillər.
Sərgi bir gün ərzində davam edəcək. Saat 19:00-dan saat 21:00-dək. Giriş pulsuzdur.
Arts Council Azerbaycan təşkilatının bu sərgini keçirməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan maraqlarını daha da artırmaqdır, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.