vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TÜRK DÜNYASI  
08:00 | 6 yanvar 2017 | Cümə Məqaləyə 2033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kipr adası gedərsə, Türkiyə boğular»

93 yaşlı diplomat Şükrü Ələkdağ Türkiyə prezidentini Cenevrə müzakirələrinə imtinaya çağırıb

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

9 yanvar tarixində Cenevrədə başlaması planlaşdırılan Kipr müzakirələri ərəfəsində İstanbulda toplantı keçirilib. Türkiyə Vəkillər Kollegiyaları Birliyinin dəstəyi ilə Milli düşüncə mərkəzi tərəfindən təşkil edilən toplantının açılışında çıxış edən mərkəzin başqanı, 57-ci hökumətin dövlət naziri Sadi Somuncuoğlu Kipr müzakirələrində ilk dəfə BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin təmsilçilərinin iştirak etməsinin bəzi şübhələr doğurduğunu və böyük ehtimalla toplantılarda prezident Ərdoğana təzyiq göstərməyə çalışacaqlarını deyib. »Bu millət Kiprin sahibidir, ona görə dövlət başçımızı müzakirələr prosesində dəstəkləyəcəyik. ŞKTC prezidenti Akıncı və Rum tərəfinin lideri Anastiadisin apardıqları müzakirələr barədə ətraflı məlumatlar tələb edirik. İmzalanmaq üçün hazırlanacaq sazişlər qəti şəkildə Türkiyə Böyük Millət Məclisində müzakirə edilməlidir», – deyə Somuncuoğlu vurğulayıb.

Türk  cəmiyyətində dərin çatlaqlar yarandığını iddia edən Türkiyə Vəkillər Kollegiyaları Birliyinin başqanı Mətin Feyzioğlu, bu durumun Kipr müzakirələrində Türkiyənin əleyhinə bir durum yaratdığını  vurğulayıb: »Vəziyyət Rumlar və Yunanıstan üçün müjdəverici, Şimali Kipr Türk Cümhuriyyəti üçün isə narahatlıq doğurucudur. Yaranmış vəziyyətdə adadakı türklərə deyirlər ki, siz kiprlisiniz, bu status sizə kifayətdir. Rumların isə Kiprin tam hüquqlu sahibini olduğunu iddia edirlər. Şimali Kipr Türk Cümhuriyyəti bizim üçün Anadolunun davamıdır. Ona görə oradakı dövlətimizin  adanın hamısını  təmsil etməsi planlaşdırılan vahid dövlətin içində yox olmasına icazə verə bilmərik», – deyə Mətin Feyzioğlu çıxışını bitirib.

Tarixçi professor İlber Ortaylı toplantıdakı çıxışında Kipr adasının tarixi demoqrafik strukturundan bəhs edərək deyib: «Adanın yeganə gerçək yerli xalqı – Toros dağlarından oraya aparılan türklərdir. Rumlar adanın həqiqi sakinləri olmadıqlarına görə, sahiblik iddiasına da düşə bilməzlər. 1974-cü ildəki Sülh hərəkatından sonra Türkiyə adada yanlış məskunlaşdırma siyasəti aparıb, oraya yüksək səviyyəli insanları göndərmək lazım idi. Son dönəmdə adaya göndərilən 15 min Bolqarıstan türkü yerli əhali ilə qaynayıb-qarışıb, heç bir problem yoxdur». Orta Şərqdə cərəyan edən hadisələr işığında Kipr adasının Türkiyə üçün strateji əhəmiyyətindən danışan İlber Ortaylı «Unutmayın ki, Kipr adası gedərsə, Türkiyə boğular. Buna imkan verməməliyik», – deyə o çıxışını bitirib.

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməddin Cindoruk isə toplantıdakı çıxışında 1950-ci illərin əvvəlindən başlayaraq Şimali Kipr Türklərinin haqları uğrunda apardığı mübarizənin önəmindən danışıb. Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Dənktaş barədə xatirələrindən bəzi epizodlar nəql edən Hüsaməddin Cindoruk, Cenevrə müzakirələrindən əvvəl və sonra Türkiyə ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Baş qərargahın keçmiş rəisi, istefada olan ordu generalı İlkər Başbuğ toplantıdakı çıxışında Kipr adasının Türkiyə üçün təhlükəsizlik məsələsi olduğunu deyib. »Burada yazılıb ki, son söz kimindir? Əlbəttə ki, son söz millətin və millətin məclisinindir. Adada əbədi sülhün olması – iki müstəqil dövlətin yaradacağı bərabər hüquqlu federativ struktura bağlıdır», – deyə ordu generalı Başbuğ vurğulayıb. İlkər Başbuğ, prezident Ərdoğanı 12 yanvarda Cenevrədə keçiriləcək Kipr müzakirələrinə getməməyə çağırıb.

Toplantıda çıxış edən Türk diplomatiyasının 93 yaşlı duayeni, Türkiyə XİN icra aparatının keçmiş rəhbəri, CHP-nin keçmiş İstanbul millət vəkili Şükrü Ələkdağ, Kipr məsələsi ətrafında aparılan danışıqlarda Türkiyənin çətin vəziyyətə düşürülməsi ehtimalı olduğunu deyib. Adadakı daimi sülhün iki dövlətin yaradacağı konfederal struktura bağlı olduğunu vurğulayan Şükrü Ələkdağ, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncını danışıqlar prosesindəki «qeyri-ciddi mövqeyinə» görə tənqid edib. Kipr müzakirələrinin 60 illik tarixinin canlı şahidi olan Şükrü Ələkdağ da prezident Ərdoğanı 12 yanvarda Cenevrədə keçiriləcək müzakirələrə getməməyə çağırıb.

Toplantının axırında Şükrü Ələkdağ və İlkər Başbuğ iştirakçıların suallarını cavablandırıblar.