vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SƏRGİ  
23:27 | 1 oktyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 3445 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tahir Salahovun sərgisi açılıb

Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Mərkəzində Xalq Rəssamı Tahir Salahovun «Əsrlərin qovşağında» adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak edib. AzərTAc xəbər verir ki, sərginin açılışından əvvəl xalq rəssamı Tahir Salahov jurnalistlərin suallarını cavablandırıb. Mərasim iştirakçılarına dərin təşəkkürünü bildirən xalq rəssamı Heydər Əliyev Mərkəzində sərginin təşkilinin onun üçün böyük şərəf olduğunu bildirib: «Mən bu gözəl sarayda fərdi sərgimin açılmasından öz yaradıcılığım üçün böyük impuls alıram. Bu sərgini xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edirəm. Çünki 2013-cü il ulu öndər Heydər Əliyev ilidir. Başqa cür ola da bilməz.»

Sonra mərasim iştirakçıları sərgiyə baxıblar. Sərgidə məşhur fırça ustasının müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsər nümayiş etdirilir. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostropoviçin portretləri, «Sənə bəşəriyyət», «Aydan», «Neftçinin portreti», «Alagöz – Şərq əfsanəsi», «Aydan – Şərq ulduzu», «Odlar yurdu» triptixi –»Atəşgah», «Xəzər bu gün», «Qız qalası» və digər məşhur əsərləri də yer almışdır. Sərgidə, həmçinin Tahir Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən işləri də vardır. Ekspozisiyada rəssamın həm tabloları, həm də rəsmlərinin xalça versiyası təqdim olunur.
Tahir Salahovun 85 illik yubileyi ərəfəsinə təsadüf edən bu sərgi Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları ilə bağlı həyata keçirdiyi ilk layihədir. Bu layihə Azərbaycanın klassik rəssamlıq ənənələrinin yaşadılmasına, tanıdılmasına xidmət edir.
Sərgi noyabrın 6-dək davam edəcək.