vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
FESTİVAL  
22:17 | 15 oktyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 3124 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qum Heykəltəraşlığı və Qraffiti Festivalı

Layihə 3 gün çəkəcək

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

17- 19 oktyabr tarixlərində Azərbaycanda ikinci “Qum Heykəltəraşlığı və Qraffiti üzrə açıq Festival” keçiriləcəkdir. Festivalın açılışı 17 oktyabr saat 15.00-da şıx qəsəbəsində “Dostluq” istirahət mərkəzində keçiriləcək.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə ikinci dəfə keçirilən layihənin məqsədi Azərbaycanda bu sahə üzrə təhsil alan xarici tələbələrin və Azərbaycan incəsənətinin, heykəltəraşlığının və yenicə başlanan qraffiti sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların və heykəltəraşların tapılıb üzə çıxarılması və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yarıdıcı insanlarla, o cümlədən professional heykəltəraş və rəssamaları ilə əlaqələrinin yaradılması və möhkəmlənməsidir. Onuda qeyd edək ki, ikinci fetivalda Rusiyadan, İrandan və Türkiyədən olan və Azərbaycanda təhsil alan gənclərdə cəlb olunmuşlar.
Layihə 3 gün müddətinədə Bakı şəhərində, “Dostluq” istirahət mərkəzində həyata keçiriləcəkdir. Festivalda 3 gün ərzində qumdan heykəllər hazırlanacaq. Eyni zamanda festivalın ikincin hissəsi kimi graffiti üzrə müsabiqəyə başlanılacaq. Heykəltəraşlar və qrafitistlər 3 gün müddətində müəyyən edilmiş ərazidə müəyyən vaxt çərçivəsində işləyəcəklər. 3-cü, sonuncu gün isə hər iki nominasiya üzrə festival qalibləri müəyyən olunacaq.
Festival sona çatdıqdan sonra iştirakçılara sertifikatlar, qaliblərə mükafatlar təqdim olunacaq, tədbir nəticələrindən ibarət buklet və qısamaetrajlı film hazırlanacaq və layihə bitmiş hesab olunacaq.