vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SƏRGİ  
12:15 | 12 iyun 2013 | Çərşənbə Məqaləyə 3064 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Açıq səma altında» adlı sərgi açılacaq

«Art Villa» qalereyasındakı tədbir nəticəsi xarakterini daşıyır

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 16-da «Art Villa» qalereyasında «Arts Council Azerbaijan» (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatı tərəfindən «Açıq səma altında» sərgisi keçiriləcək.

«Art Villa»dan bildiriblər ki, gün ərzində qalereyanın qapıları bütün incəsənət həvəskarları üçün açıq olacaq və rəssamlar müxtəlif mövzularda yaratdıqları əl işlərini təqdim edəcəklər. Onların sırasında özünəməxsus üslubda natürmort, mənzərə, portret janrında olan kompozisiyalar nümayiş olunacaq.Tədbir çərçivəsində gün ərzində keçirilən plenerdə yaşlı nəslin nümayəndələri olan rəssamlarla yanaşı, gənc rəssamlar da iştirak edəcəklər. Sərgi təşkil olunacaq plenerin nəticəsi xarakterini daşıyır.
Sərgidə İntiqam Ağayev, Rahim Həşimov, Günay Hüseynova, Könül Kəngərli, Eldar Babazadə, Ruslan Kovalyov, Könül Hüseynzadə, Rəşad Mehdiyev, Aydın Əsgərov, Fidan Abdullazadə və digər rəssamların əsərləri nümayiş olunacaq.