vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ŞOU BİZNES  
09:54 | 9 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2780 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təəssüf edirəm ki, bunu siz indi bilmişiniz»

Brilliantdan dinini dəyişməsi iddialarına cavab

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti Brilliant Dadaşova dinini dəyişməsi ilə bağlı mediada yer alan xəbərlərə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, xalq artistinin yaydığı açıqlamada bildirilir: «Hörmətli media nümayəndələri! İsa peyğəmbərə məhəbbəti mənə Müqəddəs Qurani-Kərimi əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və fəxr edirəm ki, ölkəmizdə bütün dinlərə və mədəniyyətlərə dərin hörmət var. Əgər qastrol səfərlərində müsəlman ölkəsindəyəmsə, məscidlərə, xristian ölkəsindəyəmsə, kilsələrə getmişəm, İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam və hətta Hindistanda olarkən hind dini məbədlərini ziyarət etmişəm.  Eləcə də pasxa və milad bayramında kilsələrdə oluram. Kilsədə xorla dua etmə mərasimini zövqlə dinləyirəm. Təbii ki,  hər zaman Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Çox təəssüf edirəm ki, bunu siz indi bilmisiniz. Diqqətiniz üçün minnətdaram!»

Qeyd edək ki, bu günlərdə xalq artisti Brilliant Dadaşovanın paytaxtın mərkəzində yerləşən kilsələrin birində ictimai xadimlərin, KİV nümayəndələrinin də qatıldığı milad bayramı münasibəti ilə düzənlənən mərasimdə iştirak edib. Bundan sonra mediada onun dinini dəyişməsi ilə bağlı məlumatlar yayılıb.