vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:53 | 9 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2012 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Olmadılar razı onu bölməyə...

İki müttəfiq məşhur islam sərkərdəsinin dəfn olunduğu şəhərdə toqquşdu

MÖVZU İLƏ ƏLAQƏLİ

Əsədə dəstək üzrə qarşılıqlı maraq və Rusiya-İran birgə fəaliyyətində koordinasiyaya baxmayaraq, Suriyada nüfuz uğrunda ölkələr arasındakı rəqabət birinci yerdə durur. İstənilən bölgüdə bu qarşıdurmada uduzan əsas tərəf isə nüfuzu labüdən Rusiya və İran arasında bölünəcək Bəşər Əsəd olacaq.

Bu qarşıdurma tərəflərdən hər birinin ağalığa can atdığı Humusda aydın şəkildə üzə çıxıb. Humus – əlverişli coğrafi durumu ilə Suriyanın eyniadlı  əyalətində və bütün ölkədə möhkəmlənməyə imkan verən ən önəmli şəhərlərindən biridir. Sözügedən ərazinin mühümlüyü nəzərə alınmaqla təhlükəsizlik strukturları üzərində nəzarət Rusiya və İranın Humusda qarşıdurmasının ən mühüm tərkib hissələrindən biridir.

 

İran nüfuzunun artması

 

«Surianet» informasiya agentliyi bununla bağlı Suriya ordusunun ali komandanlığındakı anonim qaynaqdan alınmış məlumatlarda xəbər verir ki, Moskvanın Əsədyönlü bir sıra güc bölmələri, o cümlədən İranın dəstəklədiyi Milli Müdafiə Qüvvələri dəstələri ilə münasibətləri kəsmək istəyi meydana çıxıb. Səbəb Rusiyanın Humus əyalətində, xüsusən də inzibati mərkəzin şimal qəsəbələrində İran nüfuzunun güclənməsinə mane olmaq niyyətidir.

Rejimə loyal qəzetin səhifələrində ayın əvvəlində məlumat yayılıb ki, (Humus şəhərində) Akkab Abbas Dövlət Təhlükəsizliyi Xidmətinin başçısı vəzifəsindən götürülüb. Onun yerinə buna qədər Hamə şəhərində də eyni vəzifəni tutmuş İbrahim Dərviş təyin edilib.

Elə «Surianet»in məlumatına görə, Akkab Abbas Humusda təhlükəsizlik komitəsinin üzvü olarkən İran maraqlarının qorunması və bu ərazi üzərində İran nəzarətinin qurulmasında mühüm rol oynayıb.

Komitə hərbi və siyasi təhlükəsizliyin təmini ilə məşğul olan əsas strukturları birləşdirir və bölgədə onların fəaliyyətini əlaqələndirir. Akkab Abbas həm də bununla ad çıxarıb ki, 2015-ci ilin sentyabrın axırında Rusiyanın Suriyada əməliyyatı başlayana qədər hərbiləşdirilmiş Milli Müdafiə Qüvvələri dəstələrinə başçılıq edib.

 

Rusiyanın maraqları

 

Moskva Suriyada əməliyyata başlayandan sonra Latakiya yaxınlığındakı şəhərcikdə Xmeymim bazasında Barışıq mərkəzi yaradıb. Bir sıra qaynaqların məlumatına görə, Rusiya Humusda, həmçinin müxalif qüvvələrin nəzarətindəki rayonlarda  hərbi təhlükəsizliyin təmnatını öz üzərinə götürüb və İrana loyal könüllü yığmalarını bu prosesdən çıxdaş edib.

Moskva eyni zamanda bu dəstələrin İrandan maliyyələşmə kanallarını bağlayıb. Rusiya həmçinin Xmeymimdəki mərkəzin nəzarətindən kənardan qaynaqlanan barışıq üzrə istənilən təşəbbüsü əngəlləyib: bunu Humusun şimalındakı Cavalik kəndi rayonunda SƏR təhlükəsizlik orqanlarının təmsilçiləri ilə görüşən müxalifətin nümayəndə heyəti üzvlərindən biri təsdiqləyib. Müxalifətin elə bu təmsilçisi əlavə edib ki, Suriya xüsusi xidmətlərindən birinin ordu ilə bağlı zabitinin sözlərinə görə, «ruslar hər şeyə göz qoyur və müxalifətlə danışıqlar zamanı bütün görüşlərə qatılıb hökumət təhlükəsizlik orqanlarına birbaşa nəzarət edirlər».

Ona həmçinin Milli Müdafiə Qüvvələrinin rolu haqda sual verilib. O, cavab verib ki, «onlar öz mövqelərində qalmayacaq və hökumət təhlükəsizlik güclərindən fərqli olaraq, Xomsun şərq civarına atılacaqlar».

 

Əl-Vayərdə danışıqlar

 

Rusiya-İran qarşıdurması həmçinin Əl-Vayərdə (Humusun qərbində şəhərcik) gedən danışıqlarda da üzə çıxıb. Danışıqlar vaxtı şəhərdəki durumu «Surianet» üçün şərh etmiş fəal Əmmar əl-Humusinin sözlərinə görə, Milli Müdafiə Qüvvələri silah gücünə onların nəzarət etdiyi rayonlara nəqliyyat vasitələrinin gəlişinə yasaq qoyub və müntəzəm şəkildə ayrı-ayrı dinc sakinlərin həbsini aparır.

O, həmçinin əlavə edib ki, Dərviş İbrahim Humusda Dövlət Təhlükəsizlik Xidmətinin başçısı təyin edildikdən sonra rusiyalı üç zabitin, o cümlədən Xmeymimdəki mərkəzə tabe olan Humus Barışıq mərkəzinin başçısının iştirakı ilə Əl-Vayər rayonu təmsilçiləri ilə rejim təmsilçiləri arasında görüş olub.

Fəal həmçinin diqqəti buna yönəldib ki, xidmətin İranyönlü başçısının istefasından sonra danışıqlar çərçivəsində və barışıq rejiminin saxlanması üzrə öhdəliklərin yerinə yetirilməsində Rusiyanın missiyası asanlaşıb.

 

İbrahim Dərviş kimdir?

 

Humusda Dövlət Təhlükəsizlik Xidmətini idarə etməyi qəbul etmiş zabit bunadək Hamədə eyni bölməyə başçılıq edib. Belə təsəvvür var ki, Rusiya onu məhz İrana loyal Milli Müdafiə Qüvvələrinə nifrəti üzündən seçib.

Qeyd olunur ki, keçən ilin ortalarında təhlükəsizlik orqanları təmsilçiləri və Xeyrulla Şeyx Əlinin rəhbərlik etdiyi Milli Müdafiə Qüvvələri dəstələri arasında silahlı toqquşma baş verib. Xeyrulla Şeyx Əli Suriya inqilabının lap başlanğıcından İrana daim səfər edir. İranyönlü milis və İbrahim Dərviş arasında toqquşmalar dəfələrlə təkrar olunub – indi isə müxalifətin Humusda ələ keçirdiyi rayonlarda.

 

Aşkar qarşıdurma

 

Rusiya və İran arasındakı qarşıdurma Suriya rejimi tərəfdarlarının sosial şəbəkələrdəki səhifələrində, o cümlədən on minlərlə adamı birləşdirən «Humus gəncliyi» birliyində və Milli Müdafiə Qüvvələrinə bağlı digər səhifələrdə açıq şəkildə müzakirə olunur. Onlar yazırlar ki, qarşıdurmanın sonrakı uzantısı Humusda baş verənlərə mənfi təsir edir. Palmira və Humsun şərq şəhərcikləri və həmin bölgədə yerləşmiş neft yataqları uğrunda son döyüşlər zamanı İŞİD tərəfdarlarının sosial şəbəkələrdəki səhifələrində xəbər verilirdi ki, «ruslar döyüşü birinci tərk etdi və mövqedə qalmış Milli Müdafiə Qüvvələri dəstələri və ordu bölmələrinə havadan dəstək həyata keçirmədilər».

Bu fəaliyyət (və yaxud fəaliyyətsizlik) Rusiya tərəfindən çıxış edən Humus Dövlət Təhlükəsizlik Qüvvələri tərəfindən onların və İranın əyalətdəki rolunu alçaltmaq məqsədilə törədilib. Bəlkə də, hərbiləşdirilmiş yeni strukturun – könüllü «Beşinci hücum korpusu»nun meydana çıxması bununla bağlıdır. Sonuncunun əsas hədəfi İranın Milli Müdafiə Qüvvələrinə təsirini azaltmaq və onu korpusa, Təhlükəsizlik Xidmətinə və rejim ordusuna, deməli, Rusiyaya tabe etməkdən ibarətdir. (Strateq.az)