vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SAĞLAMLIQ  
22:00 | 10 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 2646 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qırışların da çarəsi tapılıb

Qocalmanın əsas əlaməti tarixə çevrilir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» qəzeti yazır ki, qocalmanın əlaməti olan qırışlar çox tez bir zamanda keçmişin qalığına çevrilə bilər.

Məqalədə deyilir ki, alimlər dərini gənc və təravətli edən piy hüceyrələrini yetişdirməyi öyrəniblər.

Alimlər bildirirlər ki, bu kəşf nəinki qocalığa qarşı müalicələrin inkişafına təkan verə bilər, həm də bu metodla yaraların çapıqsız sağalmasına nail olmaq olar.

Adiposit adlanan yağ və ya piy hüceyrələri normal olaraq dərinin tərkibinə daxildir, lakin yaşlanma və ya çapıqların sağalma prosesində itə bilər.

Məhz bu hüceyrələrin yoxluğu yaşlı adamların üzündəki qırışları ömürlük edir.

Laboratoriya araşdırmaları göstərib ki, tük kisəcikləri yaraların çapıqsız sağalmasına birbaşa təsir edir. Bu kisəciklər Sümük Morfogenetik Zülalı (SMZ) adlı molekulun siqnallarını buraxır.

SMZ yaralarda rast gəlinən çapıqyaradan miofibroblast hüceyrələrinin adipositlərə çevrilməsi üçün «komanda» verir.

ABŞ-ın Pensilvaniya Universitetinin aparıcı alimi professor Corc Kotsarelis (George Cotsarelis) deyib ki, yeni metod istənilən yaranın çapıq qoymadan itib getməsinə imkan verəcək.

Alim bildirir ki, «miofibroblastların başqa hüceyrəyə çevrilmədiyinə inanılır, lakin biz hüceyrələri dəyişməyə və adipositlərə çevrilməyə məcbur etmişik».

Təcrübələr laboratoriyada həm insan, həm də siçanın çapıqyaradan toxuması üzərində aparılıb.

«The Telegraph» yazır ki, tədqiqatın əsas məqsədi çapıqların aradan qaldırılmasına yönəlsə də, bu kəşf başqa sahələrdə də tətbiq oluna bilər.

Professor Kotsarelis deyib ki, adipositlərin itməsi HİV virusuna yoluxma və təbii yaşlanma kimi proseslərin ümumi xüsusiyyətidir.

Alimin sözlərinə görə insanın üz dərisində adipositlərin yetişdirilməsi ilə qocalığın müalicəsinə böyük töhfə veriləcək.