vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QASTROL-TURNE  
15:05 | 1 aprel 2013 | Bazar ertəsi Məqaləyə 4420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İrəvan»lılar «Xocalıya ədalət!» istəyib

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyədən qastrol səfərindən qayıdıb

Mədəniyyət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi Türkiyənin İğdır, Qars, Manisa, Quş adası və Uşak şəhərlərində qastrol səfərindən qayıdıb.

Səfər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının tədbirlər planı çərçivəsində Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Azərbaycan Mədəniyyət, Dil, Tarix, Araşdırma Mərkəzinin dəvəti ilə baş tutub. Yaradıcı kollektiv türkiyəli tamaşaçılara şair-dramaturq İftixarın «Soyqırımı tarixinin dastanı» əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşanı təqdim edib. Türkiyənin rəsmi nümayəndələri soyqırım həqiqətlərini üzə çıxaran səhnə əsərinin ölkənin müxtəlif şəhərlərində nümayişinin əhəmiyyətini vurğulayıblar.
Hər tamaşadan sonra teatrın kollektivinə mükafatlar verilib.