vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
00:11 | 14 yanvar 2017 | Şənbə Məqaləyə 2276 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç olmasa, 300 elə...»

Seks qalmaqalı ortaya çıxan məktəb direktorunun səsi yayıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Şəmkir kənd məktəbinin direktoru Akif Namazovun səsyazısı üzə çıxıb.

Lent.az-ın məlumatına görə, məktəbdə laborant işləmiş Xatirə Əliyeva direktorun müəllimlərdən rüşvət almasını əks etdirən səs yazısını musavat.com-a təqdim edib. Direktora aid olduğu iddia edilən səs yazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur: «Sənin işin-zad yoxdurmu, imtinanı ləğv etmək olar. Edəkmi deyirəm, imkan varmı? Zəng ediblər, deyirəm nazirlikdən... Ona baxmaq mümkündür. İstəyirsən gəl, burda söhbət edək. Mən məktəbdəyəm. Telefon söhbəti deyil da bu... (qarşı tərəf: 5-ə gücüm çatmayacaq). Gəl də, yanıma gəl, telefon söhbəti deyil. Yaxşı 500... Edə bilərsənmi?.. Mən indi ora cavab verməliyəm, mənə vaxt veriblər. Nə qədər? Onda heç olmasa, bir 300 elə, deyim, düzəltsinlər. Nə deyim indi mən? Onda çatdır, gətir. (qarşı tərəf: mənim indi imkanım yoxdur). Verməliyik də getməlidir ora, (nazirliyi nəzərdə tutur) gələrdin burda söhbət edərdik».

Xatırladaq ki, Şəmkirin M.Süleymanov adına Aşağı Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürmüşdü. Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb.

Məktəb direktoru isə ittihamlara cavab olaraq keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ittiham edib və onun buna görə işdən çıxarıldığını bildirib.