vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
17:54 | 14 yanvar 2017 | Şənbə Məqaləyə 2502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NASA nə qədər pul xərcləyir?

«LUCY» və «Psyche» - milyard dollarlıq missiya

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın NASA kosmik agentliyi iki yeni missiya həyata keçirəcək. Bu missiyalar Günəş sisteminin sirlərini öyrənmək üçün yaxın gələcəkdə Yeri tərk edəcək.

Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, «Psyche» zondu «Psixeya» dəmir asteroidini, «LUCY» isə Yupiterlə tandemdə olan «Troya» asteroidini tədqiq edəcək.

Hər iki missiya «Discovery» proqramı çərçivəsində həyata keçiriləcək.

«Discovery» proqramı yeni missiyaları hər dörd ildən bir seçir. NASA hər missiyanın reallaşması üçün 450 milyon dollar xərcləyir.

Bu ilin yanvar ayının əvvəllərində müsabiqəyə yekun vurulub. «LUCY» və «Psyche» missiyaları müsabiqədə qalib gəlib.

NASA «LUCY» zondunu 2021-ci ildə həyata keçirməyi planlaşdırır. Alimlər hesab edir ki,  «LUCY»nin köməyi ilə «Troya» asteroidləri tədqiq ediləndən sonra Yupiter planetinin necə yaranmasını bilmək olacaq. Eyni zamanda «Troya» orbitlərinin Yer və başqa planetlər üçün hansı təhlükələr yaratdığını müəyyən etmək mümkün olacaq.

Digər kosmik aparatın isə 2023-cü ildə buraxılacağı gözlənilir. O isə Yerin və Marsın orbitləri arasında olan «Psixeya» asteroidlərini araşdıracaq. Bu isə planetlərin necə formalaşmasını, onların yaranmasında toqquşmaların rolunun olmasını bizə anlamağa yardım edəcək.