vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KARYERA  
19:17 | 7 iyun 2013 | Cümə Məqaləyə 3957 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qadınların işgüzarlıq testi

Suallara cavab ver, xarakterini öyrən

qadin.net

MÖVZU İLƏ ƏLAQƏLİ

Öz işinizlə məşğul olub-olmadığınızı öyrənmək üçün bu bəndlərə razı və narazı olduğunuzu bildirin:

  1. Bazar ertəsi səhər iş həftəsinin başlanmasına sevinirsiniz?
  2. Geyim əhvalınızı yüksəldir və özünə inamı artırır?
  3. Boş vaxtlarınızda məşğul olduğunuz məşğuliyyətinizə iş heç də mane olmur?
  4. Hiss edirsiniz ki, ofisdə hətta divarlar belə sizə yardım edir?
  5. Karyera normal ailə həyatı ilə əla uyğunlaşır?
  6. Müdirin xəstələnməsi xəbəri bir sıra kolleqalarınızda olduğu kimi sizdə sevinc hissi yaratmır?
  7. Rəqib şirkətin təklifini qəbul etməzsiniz, hətta məvacibi daha artıq olsa belə?
  8. İş vaxtı başınız nadir hallarda ağrıyır?
  9. İşdə yubanmağa normal hal kimi baxırsınız?
  10. Siz kolleqalarınızla tez-tez nahara gedirsiniz və onların menyu seçimi ilə razılaşırsınız?
  11. Kolleqanız yerində olmayanda ona gələn zəngə həvəslə cavab verirsiniz?
  12. İş vaxtı davamlılığı adətən sizə qısa gəlir?
  13. Şirkətinizdə 3 ildən çox işləyirsiniz?
  14. Kolleqalarınızın arasında dostluq etdiyiniz xoş insanlar var?
İndi nəticələri hesablayaq:
«Hə» cavabı 4-dən çox olarsa: Nəinki işinizi, hətta ixtisasınızı dəyişmək vaxtıdır, özünüzü başqa sahədə axtarın. Müdir sizin yerinizə işçi axtarır, kolleqalarınız isə fikrinizi önəmli saymır. İşinizlə bağlı ailə də sevinmənizə mane olur və onların məsləhətlərini şəxsi işinizə qarışmaları kimi qəbul edirsiniz. Boş vaxtlarınızda nə ilə məşğul olmağın sizə xoş gəldiyini yadınıza salın və xobbinizi işinizə çevirə biləcəyiniz barədə düşünün. Həyata yenidən başlamağa qorxmayın. Çətin situasiyalarda psixoloqa müraciət edin.
«Hə» cavabı 4-7 dəfə olarsa: İçinizdən həzz almanız çatışmayan cəhətlərinizi görməyə mane olur. Buna baxmayaraq ilk baxışda hər şey normaldır, müdir və kolleqalarınızın fikirlərinizə qulaq asır, ancaq həmişə öz təcrübələrinə əsaslanırlar. Yaxınlarınız başa düşür ki, çox işləyirsiniz, ona görə də sizi ruhlandırmağa çalışırlar. Əgər işinizdə stereotiplərinizi dəyişməsəniz və mövqeyinizi daha qətiyyətlə müdafiə etməsəniz yüksək vəzifəyə nail olmayacaqsız.
«Hə» cavabı 8-14 dəfə olarsa: Elə işçilərə aidsiniz ki, siz olmadan şirkət o dəqiqə itkisini anlayar. Müdiriniz sizi öz yerinə namizəd görür, kolleqalarınız da sizin şirkətdə çox qalmayacağınızı düşünürlər. Yaxınlarınız uğurlarınızla fəxr edir və bayramlarda nə hədiyyə almaq istədiklərinə işarə edirlər. Yaxşı fikirləşin, bəlkə rəqib şirkətin iş təklifini dəyərləndirəsiniz və ya öz şirkətinizi qurasınız?! Məhz bu yolla peşəkarlığınızı daha da artıra bilərsiniz.