vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏMLƏKƏT  
23:51 | 14 yanvar 2017 | Şənbə Məqaləyə 2754 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şamaxıda sürüşmə təhlükəsi

10-a yaxın kənd risk altındadır

MÖVZU İLƏ ƏLAQƏLİ

Son beş ildə Şamaxının Muğanlı kəndində və Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə prosesi böyük problemlər yaradır.

Bunu AzərTAc-a Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Nəriman Paşayev bildirib.

Alim deyib ki, tədqiqatlara əsasən, hazırda Muğanlı kəndinin ərazisinin yarıdan çoxu və 50 ev, Saqiyan kəndində 18 ev sürüşmə sahəsində yerləşir. Şamaxı rayonunda aktivləşən 11 sürüşmə sahəsində 140 ev tamamilə yararsız vəziyyətə düşüb. Rayonun Dədəgünəş kəndində 39, Çağan-1 kəndində 7, Çağan-2 kəndində isə 8 ev sürüşmə sahəsindədir. Rayonun Miri, Meysəri və Cabani kəndlərində də sürüşmə sahəsində yerləşən evlər var.