vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
22:56 | 15 yanvar 2017 | Bazar Məqaləyə 2139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Növbəti miqrant faciəsi

Liviya sahilində qayığın batmasından sonra 100-dək insan itkin düşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Mindikləri qayıq Liviya sahillərində batdıqdan sonra 100-dək insan Aralıq dənizində itkin düşüb. Axtarışları aparan İtaliya sahil keşikçiləri deyiblər ki, sudan 8 cəsəd çıxarılıb və 4 nəfər xilas olunub. Lakin qaranlıq düşəndən və axtarış işləri çətinləşəndən sonra hələ də onlarca insanın itkin olduğu xəbər verilir.

Qayıq Liviya və İtaliya arasında Liviya sahillərindən 50 kilometrlik məsafədə batıb.

Axtarışda Fransanın bir hərbi gəmisi, iki ticarət gəmisi və hava vasitələri iştirak edir.

İtkin miqrantların hansı ölkələrdən olduqları məlum deyil.

Avropaya quru yolu ilə gələn miqrantların axını 2015-ci ildə ən yüksək həddinə çatdıqdan sonra hazırda azalıb, lakin dəniz yolu hələ də populyar və qorxulu olaraq qalır.

Ötən cümə günü İtaliyanın sahil keşikçiləri Aralıq dənizini keçən 550 miqrantı xilas ediblər.

Xilasetmə işlərinə qatılan Sərhədsiz Həkimlər təşkilatı bildirir ki, bir dəfə balaca üfürmə qayığa 123 nəfərin mindiyinin şahidi olub.

2017-ci ilin ilk iki həftəsində Avropaya dəniz yolu ilə min nəfər gəlib. Hazırkı insidentdədək 11 nəfər ölmüş və ya itkin sayılırdı.

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı bildirir ki, 2016-cı ildə Avropaya Aralıq dənizindən keçərək gələn miqrantların 5 mini tələf olub.

Komissarlıq qeyd edir ki, ölümlərin çox olmasının səbəbi insan qaçaqmalçılarının kiçik və ya yararsız qayıqlara çox adam doldurmasıdır.