vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
10:12 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 1926 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maslyakovun yağlı yalanı...

...Və ya xəritədən xəbəri olmayan şən-hazırcavab «DQR»i «KVN»in səhnəsinə çıxardı

MÖVZU İLƏ ƏLAQƏLİ

Görünür, Qondarma «Dağlıq Qarabağ»ın «KVN»in Soçidəki festivalında səhnəyə çıxıb-çıxmayacağı ilə bağlı məsələni bağlanmış hesab etmək olar: çünki Qarabağ separatçıları hansı yollasa artıq orada peyda olublar. Hər halda erməni KİV-i, o cümlədən Novosti Armeniya bu barədə, sanki acıq verirlərmiş kimi, məlumatlar yayırlar.

Və bu Azərbaycanın Xarici İşlər, İdman və Gənclər nazirliklərinin, eləcə də Azərbaycan ictimaiyyətinin ciddi və əsaslı etirazlarına baxmayaraq baş verib.

Yeri gəlmişkən, iki gün əvvəl «KVN»in aparıcısı, «AMİK» Televiziya Yaradıcılıq Birliyinin baş direktoru Aleksandr Maslyakov rəsmi Bakının qondarma qurumdan olan komandaların festivala dəvət olunmasına göstərdiyi mənfi reaksiyaya münasibət bildirərkən demişdi: ««DQR»in komandaları heç vaxt beynəlxalq festivalda iştirak etməyib. Festivala dəvət «KVN» saytında qeydiyyatda olan bütün istifadəçilərə avtomatik olaraq göndərilir. «KVN» həmişə siyasətdənkənar və millətlərarası münaqişələrin qızışdırılmasına qarşı olub». Amma…

Hazırda «DQR» «KVN»inin Soçidə olan nümayəndəsi Georgi Avetisyan bildirib ki, komanda artıq festivalın birinci turunda çıxış edib və nəticələri gözləyir.

«Mən onunla razıyam ki, «KVN» siyasətdənkənardır və bir gənclər oyunudur, hansında ki, çox ölkələrdən gənc şən və hazırcavab uşaqlar oynayırlar, bizim komandamız «Stepanakertdəndir»», - deyə Avetisyan Novosti Armeniya-nın əməkdaşı ilə söhbətində deyib.

O bildirib ki, «KVN»çilər heç vaxt siyasətə qarışmırdılar, heç vaxt oyunu siyasiləşdirmirlər. "Bizim tək hədəfimiz «KVN»də oynamaq olub", - Avetisyan vurğulayıb.

Amma görün Novosti Armeniya ortaya necə alçaldıcı nəticə qoyur: «Soçidə «Dağlıq Qarabağ Respublikası» komandası yox, «Stepanakert» komandası çıxış edir. Beləliklə, festivalda "Stepanakert" komandasının iştirakı haqda Azərbaycanın isterikası növbəti dəfə iflasa uğradı».

Nə demək olar, əgər bizim «KVN»çilərimiz Soçidədirlərsə və separatçılarla bir səhnədə çıxış etməyə hazırdırlarsa, deməli, onlar onunla razıdırlar ki, «Stepanakert» komandası «DQR» separatçı rejiminin nümayəndələri deyillər…