vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PROBLEM  
16:25 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bişkək faciəsi Bakıda baş verərsə...

... Və ya aeroportun təhlükəsizlik zolağına dirənən evlər...

Gülnar ƏLIYEVA, Foto Samirə HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi ötən gecə Qırğızıstanın paytaxtı Bişkekdə «Manas» aeroportu yaxınlığında «Boeing 747-400» yük təyyarəsi yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində 37 nəfər dünyasını dəyişib. Hava limanının yaxınlığında yerləşən qəsəbədə 15 ev tamamilə dağılıb, ölənlərin çoxu da məhz həmin evlərin sakinləridir. İlkin ehtimala görə təyyarə pilot səhvi üzündən uçuş-enmə zolağına yan ala bilməyib və evlərin üzərinə düşüb.

Bu faciə bəzi iri şəhərlərdə aeroportların yaşayış binalarına və evlərinə çox yaxın yerləşməsi ilə bağlı yaranan potensial təhlükələri bir daha aktuallaşdırır. Azərbaycanın əsas hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu vaxtilə yaşayış məskənlərindən aralıda tikilmişdi. Lakin son vaxtlar Bakı ətrafında xaotik məskunlaşmanın nəticəsi olaraq aeroportun yaxın həndəvərində də çoxlu evlər tikilib, yeni yaşayış massivləri salınıb. Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsi istiqamətində yeni tikililər son illərdə sürətlə artaraq aeroportun təhlükəsizlik hasarına yaxınlaşıb. Binə qəsəbəsi «Atçılıq» yaşayış massivində də analoji vəziyyət hökm sürür.

Virtualaz.org saytının əməkdaşları bu mənzərəni araşdırıb. Məlum olub ki, Sabunçu rayonu ərazisində, «Şuşa» qaçqınlar qəsəbəsi istiqamətində yeni tikilən evlərin sayı o qədər artıb ki, aeroportun təhlükəsizlik zolağına qədər ərazilərdə məskunlaşma var. Həmin ərazidə yaşayan sakinlər deyir ki, həmin ərazilər vaxtilə taxılçılıq sovxozunun ərazisi idi. Sonradan bu əraziləri hektarlarla bölərək icarə adı altında torpaq alverçilərinə veriblər. Həmin alverçilər də torpaqları bölərək ev tikmək üçün kütləvi şəkildə satıb. Nəticədə hazırda həmin istiqamətdə yeni tikilən evləri aeroportun təhlükəsizlik zolağından çox az məsafə ayırır. Deyilənlərə görə bu cür məskunlaşmanın aeroportun işinə və sakinlərin özlərinin təhlükəsizliyinə risk yarada biləcəyinə dair məsələ yuxarılarda qaldırılıb. Lakin torpaqların satılması dayanmayıb və bu gün də davam edir.

Bəs aeroportun uçuş-enmə zolağının yaxınlığında məskunlaşma nə qədər təhlükəlidir? Beynəlxalq aviasiya təhlükəsizliyi normaları bununla bağlı nə deyir?

«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyevin virtualaz.org-a bildirdiyinə görə, uçuş-enmə zolağına ən azı 200 metr qalmış heç bir maneə olmamalıdır: «Aeroportla yaşayış məntəqəsi arasında hansı məsafənin olması ilə bağlı konkret rəqəm yoxdur. Uçuş-enmə istiqamətində həm hündürlüyünə görə, həm də istiqamətində görə eniş trayektoriyası var ki, orada heç bir maneə olmamalıdır. Uçuş zolağı boyu ən azı 200 metr məsafədə heç bir maneə olmamalıdır. Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisinə yaxın məskunlaşma əlbəttə təhlükəlidir. Uçuş zolağının yaxınlığında yaşayış binalarının tikilməsi tövsiyə olunmur», - deyə Ə. Əliyev bildirib.

«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinə də (AZAL) hava limanının uçuş-enmə zolağının yaxınlığının yaxınlığında müşahidə olunan məskunlaşmanın mümkün riskləri ilə bağlı sorğu göndərmişik. Sorğumuza yaxın vaxtlarda cavab veriləcəyi bildirilib.