vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
14:06 | 17 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 1584 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ATƏT-də konsensus yoxdur»

Sergey Lavrov: «Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan jurnalistlərinin Sergey Lavrova xitabən verdiyi «Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?» sualına Rusiyanın xarici işlər naziri belə cavab verib: «Bu artıq abstrakt məsələ deyil və Dağlıq Qarabağ münaqişəsi üzrə müstəsna olaraq Azərbaycanın daxili işi də deyil».

Nazir xatırladıb ki, münaqişənin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar toplusu var ki, bunlar atəşin dayandırılmasına yönəldilib.

«Arxivlərə müraciət etsək, görərik ki, bu atəşkəs tələblərinə kim tərəfindən risyət olunub, kim tərəfindən riayət olunmayıb», - Lavrov bildirib.


***


13:23

«Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədə qalır».

Virtualaz.org bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda işğal olunmuş Azərbaycan ərazilərini azad etməsinin mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, münaqişə ilə bağlı hələ münaqişənin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasında qəbul edilən və atəşkəs elan olunmasını tələb edən qərarlar var.

«Atəşkəs elan olunduqdan sonra Rusiya və ATƏT-in vasitəçiliyi ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədə qalır. Ancaq heç bir halda güc tətbiq edilməməsi şərti ilə. Bu şərt Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi zamanı da keçərlidir», - deyə Rusiya XİN başçısı vurğulayıb.

Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: «Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırılması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldilər. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzvlərindən də soruşmaq olar».