vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
14:12 | 17 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 3346 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cavabımız ağır olacaq»

Ermənistan ordusu sərhəddə «Şmel» odsaçanından istifadə etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Piyadalar üçün «Şmel» reaktiv odsaçanı ötən əsrin 80-ci illərində işlənib hazırlanıb, ilk dəfə Əfqanıstan müharibəsində yaraqlıları gizləndikləri mağaralarda zərərsizləşdirmək üçün istifadə olunub və «Şeytan turbası» kimi məşhurlaşıb. «Şmel» reaktiv odsaçanları düşmənin qapalı atəş nöqtələrini sıradan çıxarmaq, yüngül zirehli və təkərli texnikasını vurmaq üçün nəzərdə tutulub, birdəfəlik istifadə üçündür. 93 millimetr kalibrli «Şmel» raketinin hədəfi vurma məsafəsi 400-600 metrdir, əsasən yaxın məsafəli döyüşlər üçün işə yarayır. Raketin partlaması nəticəsində yüksək temperatur impulsuz təzyiqin kəskin aşağı düşməsi ilə müşaiyət olunur. Raket düşdüyü yerdə qapalı məkanda 80 kvadratmetr ərazidə, açıq məkanda 50 kvadratmetr ərazidə canlıları məhv edir.

Əgər Ermənistan ordusu sərhədin Tovuz rayonu istiqamətində mövqelərimizə qarşı «Şmel» odsaçanını istifadə etməyə cəsarət edibsə nədən onun cavabı daha dağıdıcı odsaçanla - TOS-1A «Solntsepyok» sistemi ilə verilməsin?

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini «Şmel» reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.