vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
17:59 | 17 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 2194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrov Ermənistanı məmnun etdi

«Moskva bütün tədbirləri görəcək ki, Lapşin Azərbaycana ekstradisiya edilməsin»

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya xarici işlər naziri Sergey Lavrovun yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Qarabağla dediyi bütün fikirlər Azərbaycanın maraqlarına ziddir.

Birincisi, Lavrov deyib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Başqa sözlə Lavrov demək istəyib ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, Ermənistan işğal altındakı torpaqları boşaltsın. Lavrovun münaqişənin həllinə bu cür yanaşması Dağlıq Qarabağın «müstəqilliyinə» yol açır. Lavrov faktiki rəsmi İrəvanın tələbini təkrarlayıb və Rusiyanın xarici işlər naziri İrəvanın çox çalışdığı «paket həll» variantını dilə gətirib.

İkincisi, Lavrov yenidən cəbhə bölgəsində insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılıqdan danışıb. O deyib ki, 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Ona qalsa, Həştərxan razılaşmasına görə Ermənistan öldürülən Azərbaycan hərbçisinin nəşini çoxdan Azərbaycana qaytarmalıydı. Ancaq Lavrov bu barədə mətbuat konfransında heç nə deməyib. Bir neçə gün əvvəl bu mövzuda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovaya sual verdikdə, o hərbçinin nəşinin geri qaytarılması məsələsinə münasibət bildirməmiş, mücərrəd cümlələr işlətmişdi.

Üçüncüsü, Sergey Lavrov mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. Yəni Lavrov demək istəyib ki, Azərbaycan öz məsələsini özü həll edə bilməz, «başqa» dövlətlərin də maraqlarını nəzərə almalıdır. Yəni vaxtilə Rusiyanın Çeçenistanı silah yolu ilə ram etməsinə ixtiyarı var idi, Azərbaycanın isə Dağlıq Qarabağı ram etməsinə hüququ yoxdur.

Dördüncüsü, Sergey Lavrov Dağlıq Qarabağa qeyri-qanuni səfər edən bloger Aleksanr Lapşini bu sözlərlə müdafiə edib: «Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik». Məlumdur ki, Azərbaycan bu şəxsə qarşı cinayət işi açıb və həmin şəxs Belarus ərazisində saxlanlılıb. Həmin bloger 2015-ci ildə Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi «Dövlət sərhədinin pozulması haqqında» qanunu pozduğu üçün bloggeri beynəlxalq axtarışa verib. Ancaq indi Rusiyanın xarici işlər naziri deyir ki, Moskva bütün tədbirləri görəcək ki, Lapşinin məsələsi həll olunsun, yəni Azərbaycana ekstradisiya edilməsin.

Rəsmi Bakı adətən Moskva ilə sərt polemikadan çəkinir. Ötən il Rusiya silah almaq üçün Ermənistana 200 milyon dollar kredit verdi, üstəlik işğalçı ölkənin ərazisində «İsgəndər» raketlərini yerləşdirdi. Birinci halda Azərbaycan XİN nota verdi, ikinci məsələyə isə toxunmadı. Halbuki, Rusiyanın Ermənistanda «İsgəndər» raketlərinin yerləşdirməkdə məqsədi bölgədə hərbi balansın Azərbaycanın xeyrinə dəyişməsinə mane olmaq idi.

Rəsmi Bakının Moskvanın Ermənistanı dəstəkləməsinə susduqca, Kreml Qarabağ məsələsində İrəvana dəstəyini daha çox artırır. Sergey Lavrovun son mətbuat konfransında dedikləri də bundan xəbər verir. Ancaq bu dəfə də susmaq Rusiyadan çəkinmək anlamına gələcəkdi. Ona görə də bu dəfə Sergey Lavrovun açıqlamalarına reaksiya verildi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lavrovun dediklərinə bu şəkildə cavab verdi ki, əgər Rusiya bütün ciddiliyi ilə Qarabağ problemi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq. Məmmədyarovun bu açıqlamasını belə də oxumaq olar: «Moskva bu məsələ ilə məşğul olmadığına görə status-kov dəyişmir». Elmar Məmmədyarov Azərbaycan qanunlarını pozan bloggerlə bağlı isə bunları deyib: «Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar».

Beləliklə, Lavrovun açıqlamaları Bakı ilə Moskva arasında söz duelinə yol açıb. Rusiyada xarici siyasət prioritetlərini prezident müəyyənləşdirir. Lavrov nə qədər ermənipərəst olsa da Qarabağ məsələsində prezident Vladimir Putindən fərqli siyasət həyata keçirə bilməzdi. Demək, Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını Putin də bölüşür ki, Rusiyanın xarici işlər naziri Ermənistanı müdafiə edir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)