vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
23:06 | 19 yanvar 2017 | Cümə axşamı Məqaləyə 1873 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lavrov hər şeyi dedi»

Mariya Zaxarova Rusiyanın Azərbaycana münasibəti haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova «keçən il Rusiyanın Ermənistan və Azərbaycanla münasibətləri necə formalaşıb» sualına cavabında Rusiya xarici siyasət idarəsinin başçısı Serqey Lavrovun sözlərinə nəsə əlavə etməkdən imtina edib.

Virtualaz.org bildirir ki, xəbəri «Novosti Armeniya» yayıb.

«Sergey Lavrov iki gün əvvəlki mətbuat konfransında bizim mövqemizi tam təfərrüatı ilə ifadə etdi. Düzü, mənim hətta nəsə əlavə etmək üçün heç bir sözüm yoxdur», - deyə Zaxarova vurğulayıb.

Xatırladaq ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də keçirilən mətbuat konfransında Qarabağla bağlı suala cavab verərkən demişdi: «Bu artıq abstrakt məsələ deyil və Dağlıq Qarabağ münaqişəsi müstəsna olaraq Azərbaycanın daxili işi də deyil».