vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
17:55 | 21 yanvar 2017 | Şənbə Məqaləyə 1544 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Donald Trampın ilk qərarları

«Obamacare» tarix oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti olaraq ilk addımlarını atan Donald Tramp əvvəlki administrasiyadan miras qalmış səhiyyə sisteminə aid sərəncama imza atıb. Sərəncam «Obamacare» adı ilə tanınan sığorta proqramı ilə bağlı «tənzimləmənin məhdudlaşdırılmasını» nəzərdə tutur.

Donald Tramp həmçinin yeni təyinatlarla bağlı təkliflərini Senata göndərib.

Cümə günü inauqurasiya nitqində Amerikanın sayca 45-ci prezidenti ABŞ maraqlarını hər şeydən üstün tutmağı vəd edib.

Donald Tramp-ın seçilməsilə bağlı dünya boyu Qadınlar Yürüşü («Women's March») keçirilir.

Yürüş iştirakçıları yeni admınistrasiya tərəfindən təhlükə altında olduğu iddia edilən irq və gender bərabərliyi məsələlərini diqqət mərkəzində çəkmək niyyətindədirlər.