vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
19:59 | 22 yanvar 2017 | Bazar Məqaləyə 1427 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Culakyan təhdid edilir

İrəvanda Sergey Culakyana və ailəsinə hücumlar başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Erməni millətçiləri sosial şəbəkələrdə Yerevandan olan gənc menecer Serqey Culakyan üzərində fiziki divana səsləyən çağırışlar yayıblar. Buna səbəb Ermənistan vətəndaşı olan bu ictimai fəalın bu günlərdə haqqin.az və virtualaz.org saytlarına verdiyi müsahibə olub.

Virtualaz.org xatırladır ki, S.Culakyan həmin müsahibəsində Ermənistan hakimiyyətini tənqid etmiş, «Ermənistan və Azərbaycan arasında sülh Platforması»na qoşulmaq arzusunda olduğunu bildirmişdi.

Bundan başqa, Yerevanda Culakyanın sevgilisinə və bacılarına da təzyiq göstərməyə başlayıblar.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, Serqey Culakyan özü Yerevanı tərk etməyə və başqa ölkəyə getməyə imkan tapıb.

Onu da qeyd edək ki, Serqey Culakyan «Ermənistan və Azərbaycan arasında sülh Platforması»na qoşulduğunu bildirən və təzyiqə məruz qalan ilk Ermənistan vətəndaşı deyil. Platformanın Ermənistandan olan bütün üzvləri rəsmi İrəvan və erməni millətçiləri tərəfindən bu və ya digər formada təzyiqlə rastlaşıblar.