vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
23:48 | 22 yanvar 2017 | Bazar Məqaləyə 2222 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın Yerusəlim problemi yoxdur

İsrail Obamanın vaxtında təxirə salınmış məskən qərarını təsdiqləyib

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin dəstəkçisi olan ABŞ prezidenti Donald Trampın inaqurasiyasından sonra İsrail şərqi Yerusəlimdə (Ərəbcə: Qüds) yüzlərlə yeni məskənlərin tikilmə qərarını təsdiqləyib. Deyilənlərə görə İsrailin baş naziri sabiq ABŞ prezidenti Barak Obamanın məskənlərə müqaviməti qarşısında qərarın təsdiqlənməsini təxirə salmışdı.

ABŞ-ın BMT-də İsrailin məskənlərini tənqid edən qətnaməyə qarşı vetosundan istifadə etməməsi İsrailin hakim koalisiyasını gəzəbləndirmişdi.

Beynəlxalq qanunla şərqi Yerusəlimdə məskənlərin tikilməsi qadağandır, lakin İsrail bunu təkzib edir.

Nazirlər kabinetinin bazar günü keçirilmiş iclasında baş nazir Benyamin Netanyahu cənab Trampla bazar günü axşam danışacağını bildirib.

«İsrail-Fələstin məsələsi, Suriyadakı vəziyyət və İrandan təhlükə daxil olmaqla aramızda çoxlu müzakirə ediləcək mövzu var», o deyib.

Fələstin prezidenti Mahmud Abbasın sözçüsü Nabil Abu Rdainah «biz İsrailinin tikintini təsdiqləmə qərarını şiddətlə qınayırıq» deyib.

Yerusəlim merinin müavini Meir Turqeman AFP xəbər agentliyinə deyib ki: «Mənə Trampın prezident olmasını gözləməyi demişdilər, çünki onun Yerusəlimdə tikintilərlə problemi yoxdur».

«Donald Trampın prezident olması ilə oyunun qaydaları dəyişib. Bizım əl-qolumuz artıq Barak Obamanın dövründəki kimi bağlı deyil», o əlavə edib.