vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
17:12 | 23 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 443 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı-Tbilisi-Qars nə vaxta qaldı?

Layihə etirazlara görə bir, məhkəmələrə görə isə üç il gecikdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin icrasının bu ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur. APA bu xəbəri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslana istinadən yayıb.

«Hal-hazırda dəmiryol layihəsinin inşası ilə bağlı qızğın işlər gedir. Qış fəslinin də çətinliklərini nəzərə alsaq, mart və ya aprel ayında inşaat işlərini yekunlaşdırmağı planlaşdırırıq», – deyə nazir vurğulayıb. Layihənin icrası zamanı ortaya çıxan çətinliklərdən danışan nazir deyib ki, məhkəmə çəkişmələri və etirazlar layihənin xeyli gecikmə ilə icrasına səbəb olub: «Layihə tender prosedurlarına start veriləndən sonra baş verən etirazlarla əlaqədar 1 ildən çox, məhkəmə proseslərinə görə isə 3 ildən çox gecikmə ilə reallaşdı».

Xatırladaq ki, 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib. Dəmiryol xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib.

Tikintinin 2010-cu ildə bitməsi nəzərdə tutulurdu. Lakin 2008-ci ilin yayında başlayan Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı layihənin həyata keçirilməsini ləngitdi.

Qeyd edək ki, bu dəmiryolun 2014-2015-ci illərdə işə düşəcəyi deyilsə də, hələ ki, bu reallaşmır və indi də dəmiryolun bu ilin aprelindən sonra işə salınacağı bəyanatları səslənir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *