vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:09 | 25 yanvar 2017 | Çərşənbə Məqaləyə 2730 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı Fond Birjasında «ixtisar»

5 şirkətin üzvlüyünə xitam verildi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı Fond Birjası» QSC-də (BFB) 5 şirkətin üzvlüyünə xitam verilib. Birjadan «Trend»ə verilən məlumata görə, «Bakı Fond Birjası» QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə 2016-cı ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış «BROKDİL-AZ» MMC, «Çelsi Kapital» MMC, «Bob Broker» MMC, «Standard Kapital» MMC və «Dəmir investisiya şirkəti» QSC «Qiymətli kağızlar bazarı haqqında» Azərbaycan Respublikasının Qanunu və BFB-nin Üzvlük qaydalarına uyğun olmadıqlarına görə BFB-də üzvlüyünə xitam verilib.

Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcək.

Qeyd edək ki, «BROKDİL-AZ», «Bob Broker» MMC, «Standard Kapital» MMC və «Dəmir investisiya şirkəti» QSC BFB-nin səhmdarları olmaqda davam edirlər.

Hazırda BFB-nin «Kapital Menecment İ.Ş. ASC», «İnvest-AZ İ.Ş. QSC», «Az-Finans İ.Ş. QSC», «Unicapital İ.Ş. ASC», «Paşa Kapital İ.Ş. QSC» və «PSG-Kapital İ.Ş. QSC» daxil olmaqla 6 üzvü var.