vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
11:20 | 27 yanvar 2017 | Cümə Məqaləyə 2887 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

London reysində insident

Polis AZAL bələdçilərini buraxıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Hava Yolları (AZAL) çərşənbə axşamı günü Bakıdan Londona yollanan təyyarə göyərtəsində baş verən insidentə görə saxlanılan 4 bələdçi artıq polis tərəfindən buraxılıb və tezliklə Bakıya qayıdacaq, AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli deyib.

AZAL-ın yaydığı məlumata əsasən, yanvarın 24-də uçuş zamanı «həddindən artıq» spirtli içki içən «sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirmişdir».

Nəticədə təyyarə endikdən sonra bələdçilərin sərnişinə «ləyaqətsiz davranışı» ilə bağlı polisə daxil olmuş şikayət əsasında bələdçilər saxlanılıb.

Çərşənbə günü hadisəyə görə gecikdirilmiş AZAL-ın növbəti reysi Bakıya başqa təyyarə və heyətlə yola düşüb.