vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
12:40 | 27 yanvar 2017 | Cümə Məqaləyə 2613 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada «hicab» qalmaqalı

Çeçenistan müftisi məktəblərdə hicabın qadağan edilməsini pislədi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kreml orta məktəblərdə hicab geymək ətrafındakı mübahisədə tərəf olmaq istəməzdi». Bunu Rusiya prezidentinin sözçüsü Dimitri Peskov deyib. Qeyd edək ki, Çeçenistan müftisi məktəblərdə hicabın qadağan edilməsini insan haqlarının pozulması hesab edir.

Çeçenstan prezidenti Ramzan Kadırov da bundan əvvəl Rusiyanın təhsil və elm naziri Olqa Vasilyevanın məktəblərdə hicab geyməyə qarşı olmasından çaşqınlıq keçirdiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Ali məhkəməsi bundan əvvəl məktəblərə dini geymlər və baş örtükləri ilə gəlməyin qadağan edilməsini qanuni sayıb.

«Bilirsiz birincisi biz hazırda bu diskusiyada tərəf olmaq istəməzdik. İkincisi bu məsələyə həqiqətən də müxtəlif yanaşma formaları olub. Səhv eləmirəmsə Stavropol diyarında, Mordoviyada məhkəmə variantı da olmuşdu və onda Ali məhkəmə müvafiq qərar çıxarmışdı. Belə variant da var, qeyri-məhkəmə variantı da. Amma bir daha deyirəm, biz indi bu məsələdə tərəf olmaq istəməzdik», - deyə Peskov bildirib.