vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BANK, BİRJA, SIĞORTA  
12:26 | 30 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Geri qaytarılması mümkün deyil»

Ekspert «dollar kreditlərini» «ümidsiz kredit» adlandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Problemli kreditlərin həcmi 1 milyard 442 milyon manata çatıb». Bu barədə iqtisadçı – ekspert Vüqar Bayramov öz yazdığı şərhində bildirib. O deyib ki, bu 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8.9 faizi deməkdir: «Qeyd edək ki, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5 faiz ətrafında dəyişirdi. Bununla belə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür. Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli görünmürlər».

İqtisadçı vurğulayıb ki, kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq, növbəti aylarda da problemli kreditlərin həcmində artımlar qaçılmazdır:

«Tədqiqatlar göstərir ki, problemli kreditlərin xeyli hissəsi artıq «ümidsiz kreditlərdir». Yəni, onların geri qaytarılması praktik olaraq mümkün deyil. Halbuki, 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank sadəcə problemli kreditlərin yarısı qədər məbləğı xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdi. Mərkəzi Bank kreditlərə güzəşt versəydi nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi. Bu isə o deməkdir ki, güzəşt tətbiq edilməyincə problemli kreditlərin həcmində artımlara davam edəcək».