vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
00:25 | 31 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 2345 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp izah verdi

«Bu, Obamanın etdiyinə oxşayır»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp yeddi ölkəyə qarşı giriş məhdudiyyəti ilə bağlı qərarının tənqidinə münasibət bildirib. Strateq.az xəbər verir ki, Tramp qadağanın yalnız müsəlmanlara aid olduğuna dair şərhlərdə medianı günahlandırıb.

90 günlük qadağanın İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarını əhatə etdiyini xatırladan ABŞ prezidenti deyib: «Mənim siyasəti prezident Obamanın 2011-ci ildə etdiyinə oxşayır. Onda o, İraqdan olan qaçqınlara viza verilməsini altı ay qadağan etdi. Sərəncamımda adı keçən yeddi ölkə əvvəllər Obama administrasiyası tərəfindən terror mənbəyi olan ölkələr kimi səciyyələndirilib".

«Bu din haqqında sərəncam deyil, terror və ölkəmizin təhlükəsiz saxlanılması ilə bağlıdır. Dünyanın müsəlman çoxluğu olan 40 müxtəlif ölkəsi var və qadağalar onlara aid deyil», – Tramp əlavə edib.