vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
KARYERA  
17:17 | 31 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 2509 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Adları asanlıqla yadda saxlamağın yolları

Adları bir məna ilə uyğunlaşdırın

MÖVZU İLƏ ƏLAQƏLİ

Həyatın hər sahəsində, insanlara adları ilə xitab etmək, tanış olduğunuz şəxslərin adlarını unutmamaq vacibdir. Lakin, insanların çoxu, adları yadda saxlamaqda çətinlik çəkir. 1990-cı illərdə bir dostundan ad xatırlama yollarını öyrənən zaman Mark Çannon (Mark Channon), Londonda bir barda işləyirdi. O zaman teatr sənətçisi olmaq istəyən Çannon, tamaşa üçün çoxlu sayda replikalar əzbərləyir, amma, adları yadda saxlaya bilmirdi.

Dostunun üsulu isə işə yarayır. O, bir müddət sonra, müştərilərinə adları ilə xitab etməyə başlayır. Bir neçə il sonra isə, BBC üçün hafizə oyunu verilişini hazırlayır. 1995-ci il Dünya Yaddaş Çempionatında altıncı yeri tutur.

Hazırda iş dünyası liderlərinə yaddaş inkişaf etdirmə üsullarını öyrədən Çannon, işçilər ilə güvən əsasında münasibət qurmaqla yanaşı, münasibətlərdə adları xatırlamağın vacib olduğunu söyləyir. Bu, qarşınızdakı insanın dediklərinə önəm verdiyiniz və diqqət etdiyiniz mənasına gəlir.

«Ən təsirli vasitələrdə biri, izdihamlı bir yerə girdikdə, hər kəsə adı ilə xitab edə bilməkdir», Çannon deyir.

Hollandiyada yerləşən BraynnStudio adlı təşkilatda təlimçi olan Luk Svab (Luc Swaab) isə, günümüzdə rəqəmsal alətlərin hafizə yerini aldığını, amma, yaxşı bir yaddaş üçün sərmayə qoymanın mühüm olduğunu vurğulayır.


Yaddaşı möhkəmləndirmək üçün


Yaddaş mütəxəssisləri çox qədimdən romalı və yunanların istifadə etdiyi bəzi üsullar yolu ilə, hər kəsin hafizəsini möhkəmləndirə biləcəyini söyləyirlər.

Avstraliya Memoriz Academi mərkəzinin qurucusu Kil Buçanan (Kyle Buchanan), «Yaddaşınız pisdir deyə bir şey yoxdur, əsas problem, düzgün hafizə üsullarının öyrənilməməsindədir», deyir.

İnsanların adları yadda saxlamaq mövzusunda elə də yaxşı olmasalar da, anadangəlmə məkan hafizəsi və üz xatırlaması bacarığı yüksək olur. Yaddaş möhkəmləndirmə mütəxəssisləri də bu bacarıqlar əsasında, insanların ad və yadda saxlanılması çətin olan başqa bilgiləri xatırlamasına kömək edirlər.

Məsələn, əşyaları evimizdə və ya tanıdığımız başqa bir yerdə xəyal edərək, təsadüfi bir siyahını yadda saxlamaq daha asandır. Və ya bir adı, bildiyimiz başqa bir söz ilə uyğunlaşdıraraq xatırlamaya çalışmaq üsulu da mümkündür.

Yaddaş mütəxəssisləri, tanış olduğunuz insanlar, adlarını deyərkən diqqətli olmanın vacibliyini vurğulayırlar. Adətən insanlar bu əsnada öz düşüncələrinə o dərəcədə dalmış olurlar ki, ad deyildiyi an, onu eşidə bilmirlər.

Bu üsul, ada oxşar və ya şəxsin görünüşü ilə bağlı bir şeylə tutuşdurularaq adları xatırlamaq və ilk tanışlıq anından dərhal sonra, bu məlumatı gözdən keçirərək yadda saxlamaqla mümkündür.

Misal üçün, Mat adlı biri ilə tanış olmusunuz. İlk addım, şəxs adını söyləyərkən ona diqqət etməkdir. Sonra bu ad sizə, ayaqaltı xalçanı xatırlatsın (ingiliscə mat, ayaqaltı xalça deməkdir). Bunu yaddaşınızda canlandırın. Sonra o obrazı, şəxsin hansısa xüsusiyyəti ilə cütləşdirin (məsələn, qulaqları böyükdürsə, ayaqaltı xalça üzərində oturan fil təsəvvür edin). Həmin axşam və ya səhəri gün, bu adı və xatırlatdığı şey haqqında yenidən fikirləşin.

Əvvəl, bunun üçün səy göstərməli olacaqsınız. Bir müddət sonra isə, vərdişə çevriləcək.


Təməl daşları


Adları unutmaq, xüsusilə də münasibət qurmağın vacib olduğu iş dünyasında problem yarada bilər. Bu, qarşınızdakı şəxs tərəfindən, əhəmiyyət vermədiyiniz kimi qiymətləndirilə bilər.

Yaddaşı möhkəmləndirmək sadəcə sosial münasibətlər baxımından faydalı deyil. Toronto Universitetində psixologiya professoru olan və yaddaşı zədələnmiş xəstələrlə işləyən Meri Pat Makandryus (Mary Pat McAndrews), hafizə ilə digər beyin funksiyaları arasındakı əlaqəni araşdırır.

O, adları xatırlamanın, digər idraki bacarıqları inkişaf etdirdiyini söyləyir. Məsələn, insanların yaddaşı möhkəmləndikdə, xəyal gücləri də inkişaf edir və problemlərə daha yaradıcı həll yolları tapırlar.

«Yaddaş, sadəcə bir adı xatırlamaqdan ibarət deyil», Makandryus deyir. «Sosial münasibətlər, qərar vermə və problem həll etmə mövzusunun da təməl daşıdır».


Peşə yoxsa ad?


Çannon kimi insanlar, tanış olduqları hər insanın adını xatırlamaq kimi bir bacarıqla doğulmuş kimi görünsələr də, əslində hamı adları xatırlamaqda çətinlik çəkir.

Belə ki, adlar, başqa məlumatlardan fərqlidir. Addan çox peşənin xatırlanması daha asandır.

ABŞ-ın «Madison» Universitetində psixologiya dosenti Kezere Foqlerə (Kethere A Fogler) görə, bu məlumat, beyindəki mövcud semantik əlaqələrə daha uyğundur. Misal üçün Kori adlı bir müəllimlə tanış olduqda onun müəllimliyi, öz təhsilimizdən bəzi obrazlara əlaqələnir.

«Buna görə də bir kəndlini yadda saxlamaq, soyadı Kəndli olan birini xatırlamaqdan daha asandır», Foqler deyir.

Adı, beş addımda yadda saxlamaq:

1. Ada diqqətlə qulaq asın

2. Adı təkrarlayın

3. O adı xatırladan bir obraz fikirləşin

4. Obrazı həmin şəxsin görünüşüdəki bir xüsusiyyətlə əlaqələndirin

5. Bir müddət sonra, bu məlumatı təkrarlayın.