vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
14:51 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 2506 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AMEA-dan bəyanat

Akademiyanın Tarix İnstitutu tədqiqatçı Şuxrat Salamovu müdafiə etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu «Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək» (2015) və «Qarabağ: ideyalar müharibəsi» (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalan məşhur özbək tədqiqatçısı Şuxrat Salamovla (Barlas) bağlı bəyanat qəbul edib.

İnstitutdan virtualaz.org-a verilən məlumata görə, bəyanatda deyilir ki, Ş.Salamov millətlərarası nifrəti qızışdırmır, çünki o, erməni etnosu ilə «erməni faşizmi» və «erməni terrorizmi» anlayışlarını bərabərləşdirmir.

Qəbul olunmuş bu bəyanatın Özbəkistan Respublikasının müvafiq dövlət və hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Elmi Şuranın növbəti iclasında çıxış edən Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Ş.Salamova qarşı kampaniya başlayıb.

Y.Mahmudov qeyd edib ki, Ş.Salamova qarşı millətlərarası nifaqın qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb: «Bu, yolverilməzdir, çünki özbək alimi öz əsərlərində erməni faşizmi tərəfindən Azərbaycan, Şərqi Anadolu, Mərkəzi Asiya və digər bölgələrdə türk-müsəlman xalqlarına qarşı törədilmiş soyqırımlarını tədqiq etmişdir. Tarixi həqiqətləri işıqlandıran Şuxrat Salamovu millətlərarası nifaqın qızışdırılmasında günahlandırmaq faşizmə, soyqırımları törədən qüvvələrə haqq qazandırmaq, onları müdafiə etmək deməkdir».

Qeyd edək ki, Şuxrat Salamov Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəxri doktorudur.