vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
19:48 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 2273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan digər dövlətlərin təyyarələrini yoxlayacaq

Milli Məclis «Aviasiya haqqında» qanunu qəbul edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus təyyarələrdə uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq. «Trend» xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan «Aviasiya haqqında» qanuna əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Yeni layihəyə əsasən, bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır. Belə yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdırlar.

Layihəyə görə, qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycanın hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə həmin hava gəmisinin gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir.

Dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) təklifləri əsasında hazırlanıb.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.