vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:35 | 2 fevral 2017 | Cümə axşamı Məqaləyə 3395 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qorxulu günlər idi»

Primakov: «Bakıdakı çıxışıma Quran oxumaqla başladım... Rəhim Qazıyev mənə mane oldu»

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçmiş SSRİ və Rusiya siyasətinin patriarxı, SSRİ Ali Sovetinin sədri vəzifəsindən tutmuş müstəqil Rusiyanın baş naziri, xarici işlər naziri və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri postlarında çalışmış mərhum Yevgeni Primakovun «Yolayrıcılarında görüş» xatirə kitabı çap olunub.

Modern.az saytı xəbər verir ki, kitabda Primakov keçdiyi həyat yolundan bəhs edərək, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi və s. haqda hadisələrin də şahidi kimi müşahidələrini bölüşüb.

Modern.az Yevgeni Primakovun Bakı ilə bağlı xatirələrinin bir hissəsini ixtisarla təqdim edir: «SSRİ Rəyasət Heyətinin iclasında mən Dağlıq Qarabağın  statusunun artırılaraq muxtar respublikaya çevirilməsini təklif etdim. O zamanlar həmin bölgənin statusu Dağlıq Qarabağ Muxtar Vilayəti idi.

Hələ SSRİ Ali Sovetinin Rəyasət Heyətinin iclasına qədər, 1989-cu ilin yazında Moskvada Qarabağ hərəkatının 2 real lideri ilə görüşmüşdüm. Kommunist Partiyasının rəhbərlərindən biri ilə görüşə Robert Koçaryan və Maksim Mirzoyan gəlmişdi. Sonradan onlar mənim və həyat yoldaşımın sıx dostluq etdiyi Nami Mikoyan vasitəsilə təkbətək görüş istəklərini çatdırdılar. Mənim şəxsi mənzilimdə görüşdük. Dərhal soruşdum: açıq danışığa hazırsınızmı? Razılıq verdilər. Açıq və hərtərəfli danışıqlar zamanı təklif etdim ki, ən yaxşı həll variantı Azərbaycan sərhədləri daxilində Qarabağa xüsusi statusun verilməsi olacaq. Əlavə etdim ki, Sumqayıtdakı hadisələrdən sonra Azərbaycan tərəfi bu varianta razıdır. Yeni statusun qarabağlılara böyük üstünlüklər vəd etdiyini bildirdim.

Maksim Mirzoyan xüsusi muxtariyyətin Qarabağ üçün həmin gün üçün ən yaxşı variant olması fikrinə tərəfdar idi, amma Koçəryan «Qarabağdakı xalqımız bunu qəbul etməyəcək» deyə etiraz etdi.

Dağlıq Qarabağ əhalisi Bakının inzibati-təsərrüfat idarəetməsinə qarşı çıxırdı. Azərbaycanlılara gəlincə,  onlar 1989-cu il yanvarın 12-də yaradılan Xüsusi İdarəetmə Komitəsinə qarşı çıxaraq, ərazi suverenliyinin pozulmasına etiraz edirdilər.

Mənim fikrimcə, Qarabağ münaqişəsinin həmin vaxtda çətinliyi mərhələli həll tələb edirdi.

Qorbaçova yaranmış vəziyyətlə bağlı təkliflərimi verərkən «Əslində biz dəhşətli dərəcədə çox vaxt itirmişik»- deyə qeyd etmişdim.

Digər tərəfdən, Dağlıq Qarabağdakı situasiyaya görə 1989-cu ilin yayında Azərbaycanda vəziyyət kəskin dəyişdi. İyulun 16-da Bakıda Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsis qurultayı keçirildi. AXC xalq arasındakı narazılıqdan məharətlə yararlanaraq, paytaxtda hakimiyyəti əlinə almağa və alternativ idarəetmə qurumları yaratmağa başlamışdı.

Yanvarın 14-də Litvadan qayıdan Qorbaçovla görüşdük. Aeroportda Kryuçkov ona Bakıdakı situasiya barədə məlumat verdi. «Ora Nazirlər Sovetinin müavinini göndərmək lazımdır» deyə Qorbaçov daha sonra fikrə gedərək, «qoy, 3 nəfər getsin: Primakov, Kommunist Partiyasının katibi Girenko və Nazirlər Kabinetinin sədr müavini Doqujiyev».

Yanvarın 15-i səhər Bakıya yola düşdük ki, növbəti gün geri qayıdıb Siyasi Büroya hesabat verək. Bir neçə dəfə AXC lideri Əbülfəz Əliyev (gələcək prezident Elçibəy - red.), İsa Qəmbər, Pənah Hüseyn və Etibar Məmmədovla görüşdüm. Sovet hərbi hissələrinin mühasirəsinin dayandırılması və zorakılıqdan çəkinmə təkliflərimiz fayda vermədi.

Digər tərəfdən, vəziyyət gərginləşməyə doğru gedirdi. Yerləşdiyimiz Mərkəzi Komitənin binasının qarşısında hər gün mitinqlər olurdu. Mitinqlərin birində meydana hətta edam kürsüləri gətirmişdilər. Bir qrup etirazçı isə dəmir darvazaları silkələməyə başlamışdı. Bakının digər mərkəzi küçələrində də mitinqlər olurdu.

Mərkəzi Komitənin binasına yaxınlaşan bir qrup həkim qadın xalq qarşısında çıxış etməyimi istədi. Bəziləri məni çəkindirsələr də çıxış etmək qərarına gəldim. İndiki kimi yadımdadır ki, Etibar Məmmədov yanıma qaçaraq «Balkondan çıxış edin» deyə təklif verdi. Görünür ki, o, da kütləyə nəzarəti itirə biləcəyindən narahat idi. Lakin mən hamının çıxış etdiyi parapetdən xalqa səslənəcəyimi dedim. Qarşımda dayana «bronjilet»li azərbaycanlını hələ də unuda bilmirəm. Mühafizəmdə olan bütün şəxslər ətrafımda idi. Şərqşünas olduğum üçün kütləyə ilk olaraq Quran ayələrindən oxumaqla müraciət etdim.

Diqqətlə dinləyirdilər. Xatırlatdım ki, əgər kazarma və aeroportların mühasirəsi dayandırılsa, hakimiyyətlə heç bir qarşıdurma olamaycaq. Məhz bu anda, çıxış edənlə kütlə arasında inamın yaranmasından qorxan Rəhim Qazıyev mənim mikrofonuma qışqırdı: «Sizin qarşısında mafiya üzvü çıxış edir». Bundan sonra mən müəyyən çətinliklə, yenidən binanın içinə qayıtdım.

Bu vaxt artıq Xalq Cəbhəsi Bakıda «fövqəladə vəziyyət» elan etmişdi. Şəhərin giriş və çıxışlarında onların patrulları avtomobilləri yoxlayırdı. Əmrlər Bakının taksomotor parkındakı radioəlaqə vasitəsilə çatdırılırdı.

Yanvarın 19-da Azərbaycanın 1-ci katibi Vəzirovla kabinetdə olarkən Qorbaçov zəng etdi. O, məlumat verdi ki, SSRİ Ali Şurasının Rəyasət Heyəti Bakıya qoşun yeridilməsi barədə qərar verib. 

Mixail Sergeyeviçə hərbi əməliyyatlara rəhbərlik edə bilməyəcəyimi dedim. Dərhal cavab gəldi: «1 saatdan sonra Bakıya müdafiə naziri Yazov və daxili işlər naziri Bakatin gələcək».

Qorxulu günlər idi. Qoşun yeridilən zaman 100-dən artıq azərbaycanlı həlak olmuşdu. Onların əksəriyyəti döyüşçü olsa da, dinc sakinlər arasından da itki vardı. Ordu qüvvələri də 38 hərbçisini itirmişdi.

Etiraf edirəm ki, bir neçə gün sonra Qorbaçov zəng edərək Mütəllibovun bizim nəzarətimiz altında çalışması barədə söz-söhbətlərə son qoymaq üçün mənimlə Girenkonu Moskvaya geri çağırdığını deyərkən, çox sevinmişdim.

Bakıdakı hadisələr sözsüz ki, başımdakı ağ tüklərin sayını artırdı. Mən bu şəhərdə gəncliyimin 2 ilini, Hərbi Dəniz Məktəbində keçirmişdim. Mənim indi də orada çoxlu dostlarım var. Mən baş verən hadisələrdə kimin günahkar olmasından asılı olmayaraq, Azərbaycanı sevirəm və həmişə də sevəcəm».

O zamanlar mən vətəni çox sevən, geniş dünyagörüşlü professor Tofiq İsmayılovla tez-tez ünsiyyətdə olurdum. Biz kiçik addımlar atmaq qərarına gəldik və Azərbaycandan Ermənistana qaz nəqlini bərpa etdik, təəssüf ki, bu addımımız Yerevan mətbuatı tərəfindən soyuq qarşılandı.

1990-cı il noyabrın 10-da SSRİ Ali Soveti sədrinin Kremldəki kabinetində Ermənistanın 1-ci katibi  Levon Ter-Petrosyan və Azərbaycanın rəhbəri Ayaz Mütəllibov dəvət olunmuşdular.

Mən onlara münaqişədən çıxma yolları haqda heç olmasa, qaralama sənədini imzalamağı təklif etdim. Mütəllibov və Ter-Petrosyan sənədi 4 saata yaxın müzakirə etdilər.

Təklif əsasında Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın verdiyi bütün qərarların hüquqi qüvvəsinin və Xüsusi Komitənin ləğvi, yerli orqanlara yeni seçkilərin keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycan Ali Sovetinə  Dağlıq Qarabağın statusu və təhlükəsizliyi barədə qərar verməsi, bölgədə fövqəladə halın aradan qaldırılması tövsiyyə olunurdu. Paket Azərbaycan və Ermənistan SSR arasında münasibətlərin bərpasını nəzərdə tuturdu.

Hər iki lider sənədlə razılaşsa da, öz deputat qruplarının dəstəyini almalı olduqlarını dedilər. Lakin razılaşmanın səhəri günü öz deputatlarının millətçi hissələrinin təsiri ilə hər iki lider paket razılaşmadan imtina etdi...

Ardı var...