vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
09:10 | 2 fevral 2017 | Cümə axşamı Məqaləyə 2587 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MB-nin şişirdilmiş aparatı

Səlahiyyət alınıbsa, keçmiş heyət indi nə işə baxır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Düz 1 il əvvəl Mərkəzi Bankın sədri bütün xalqımızla bərabər mətbuatdan Prezidentin «Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında» Fərmanından xəbər tutdu. Həmin Fərmanla Mərkəzi Bankdan bank nəzarəti səlahiyyətləri alındı.

Məlum olduğu kimi, Mərkəzi Bankın iki əsas funksiyası var idi: pul siyasəti və bank nəzarəti. İkinci funksiyadan məhrum edildikdən sonra Mərkəzi Bankda ciddi ixtisarlar gözlənilirdi. Lakin belə olmadı. Nəinki İdarə Heyəti (http://www.cbar.az/…/organizational-struc…/management-board/), hətta altrəhbərliyi (http://www.cbar.az/…/a…/organizational-structure/management/) dəyişməz qaldı, o cümlədən bank nəzarətinə rəhbərlik etmiş «Bank Mamed»in kürəkəni də yerində qaldı. Çoxsaylı (23!!!) struktur bölmələri (http://www.cbar.az/…/organizational-s…/department-directors/) də olduğu kimi qaldı. Belə ki, mən başa düşmürəm ki, Mərkəzi Bankda eyni zamanda bu beş bölmə nəyə lazımdır: İqtisadi təhlil departamenti, Tədqiqatlar və İnkişaf Mərkəzi, Tədqiqatlar departamenti, İqtisadi maarifləndirmə xidməti və Strateji idarəetmə departamenti? Və ya eyni zamanda İnzibati departament, Ümumi şöbə və Satınalmalar xidməti nəyə lazımdır? Yaxud da eyni zamanda Xəzinə departamenti və Nağd pul departamenti nəyə lazımdır? Həmçinin eyni zamanda Təhlükəsizlik departamenti və Risklərin idarəedilməsi departamenti niyə lazımdır? Eyni vaxtda Pul siyasəti departamenti və Bazar əməliyyatları departamenti niyə lazımdır? Mərkəzi Bankın sədrinin ofisi ilə yanaşı Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti niyə lazımdır axı? Bütün sadalananları birləşdirmək lazımdır. Nəticədə 23 bölmənin yerinə uzağı 13-ü qalacaq! Boş-boş vaxt keçirən işçiləri isə ixtisar etmək lazımdır! Yeri gəlmişkən, dövlət qurumları arasında ən yüksək maaşlar məhz Mərkəzi Bankdadır. Təsəvvür edirsiniz, Mərkəzi Bankın aparatı necə şişirdilib? O boyda binada sadəcə yer tutublar. Həmin binadan da daha səmərəli istifadə etmək olar. Məsələn, Neft Fondunu da ora köçürmək olar. Onsuz da əvvəl-axır işi xeyli azalan və gəlirini elə Mərkəzi Banka ötürən Neft Fondu Mərkəzi Banka birləşdiriləcək...