vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
16:31 | 3 fevral 2017 | Cümə Məqaləyə 2305 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İran odla oynayır»

Fars-molla rejimi Obamanın atasına rəhmət oxuyacaq

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib. APA-nın xəbərinə görə, D. Tramp özünün «Twitter» səhifəsində aşağıdakıları yazıb: «İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə «xeyirxah» olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!»

Qeyd edək ki, bundan əvvəl D. Tramp bildirib ki, Tehran ABŞ-ın əvvəlki hökumətinin onlarla imzaladığı anlaşmaya görə minnətdar olmalıdır. O, İranla imzalanmış nüvə sazişini «qorxunc» adlandırıb və ABŞ-ın ballistik raketlərin sınağını keçirən İrana hərbi cavabını istisna etməyib. Vaşinqtonun İrana qarşı sanksiyaları gücləndirəcəyi gözlənilir.

Xatırladaq ki, İran yanvarın sonlarında ballistik raketin uğurlu sınağını keçirib.